Teymur Hacıyev Teymur Hacıyev Teymur Hacıyev Teymur Hacıyev
  • Baş səhifə
  • Xidmətlər
  • Bloq
  • Haqqımızda
Teymur Hacıyev Teymur Hacıyev
  • Baş səhifə
  • Xidmətlər
  • Bloq
  • Haqqımızda
May 24

Supermarketlərdə niyə çox alış-veriş edirik?

  • 24 May 2018
  • teymur
  • Şərh yoxdur
  • Uncategorized

Bir çoxumuz supermarketlərdə rastımıza çıxan qəribəliklərin fərqinə varmışıq. Ən çox şikayət etdiyimiz isə bir çörək üçün daha çox məsafə qət etməyimizdir.

Bunun doğru olub-olmadığını, bizlərdən, hisslərimizdən sui istifadə yoxsa dərin marketinq təhlillərinin nəticəsini əks etdirdiyini müzakirəyə çıxarmazdan əvvəl öncə sistemli şəkildə 5 alış-veriş oyununu nəzərinizə çatdıdırıq.

▪Meyvə və tərəvəzlə başlayan macəra

Alış-veriş təcrübəsində meyvə və tərəvəz alımı sona saxlanılmalıdır, çünki onların əzilməməsinə və təzə qalmalarına xüsusi ilə diqqət edirik. Marketlərdəki macəramızın isə meyvə və tərəvəz şöbəsinin gözümüzə “soxulması” ilə başlanması heç də təsadüf deyil. Psixoloji olaraq bizi təravətli, təbii məhsullar abu-havası ilə qarşılamaları daxilimizdə marketlə və məhsullarına qarşı güvən oyadır. Hətta öncədən təbii məhsullar aldığımız üçün daha sonra alacağımız “sənaye” məhsulları bizləri əsla narahat etməyəcəkdir. Çünki paketlərimizdə təbii məhsullar da var.

▪Çörək-süd-yumurta üçbucağı

Qeyd edilən qidalar demək olar ki, hər bir ailənin gündəlik ehtiyac siyahısına daxil edilmişdir. Supermarketlərdə bu ehtiyac ciddi şəkildə nəzərə alınmışdır. Belə ki, çörək, süd məhsulları və yumurtalar 3 fərqli məkanda və bir-birilərindən uzaq məsafədə yerləşdirilməklə müştərilərn marketdə qalma müddətlərinin artımına, daha çox alış-veriş etmələrinə səbəb olmaqdadır. Sizcə bu üçbucağın müəllifi kimdir?

▪Az, xəbərin var mənim oğlum Neft Akademiyasına qəbul olub

Qarşınızda iki seçim var. 1. Kiçik əl səbəti. 2. İri həcmli market arabası. Ortası yoxdur. Olmayacaq da.

Birincini seçənlər ikinciyə mütləq şəkildə keçid alırlar, çünki ərazi böyük, macəra uzun. İkincini seçənlər isə bu “heyvərəni “doyuzdurmaq” məcburiyyətinə qalırlar. Yoxsa, kassada nə deyərlər?

P.S. 1938-ci ildən istifadə edilməyə başlayan iri market arabaları həcm etibarı ilə bir ailənin bir həftəlik qida ehtiyacından daha çox yeri özündə ehtiva edir.

▪Çörək bol olarsa basılmaz vətən

Marketdə çörək şöbəsi və satışdan əlavə daxildə bişirilməsi… Ətrafa yayılan təzə çörək qoxusu… Alış-verişin pik vaxtları, saat 6:30… İşdən evə ac qayıdan xalqımız… Ağız suyunun iştah ifrazı və məntiqi olaraq daha çox alış-veriş! Bravissimo!

▪Ay uşaq!

Rəf strategiyası hamımıza məlumdur və bilirik ki, göz səviyyəmizə uyğun cərgələr güclü brendlərin məskunlaşdığı yerlərdir. Bu yerlər uğrundakı savaşları bir kənara qoyaraq keçək uşaqların valideynlər üzərindəki hegomoniyasına və ya yenidən “kim nə deyər” psixologiyasına…

Market rəflərinə əlinizdən tutduğunuz övladınızın göz səviyyəsində onları ciddi şəkildə cəlb edəcək məhsullar düzülür, avtomatik olaraq uşaqların istək duyğusu oyanır və qarşınızda yenə iki seçim var. 1. “Düşməni” cavab atəşi ilə susdurmaq. 2. Ağ bayraq qaldırmaq.

mənbə: pentaqram.com

  • Facebook
  • Twitter
  • Tumblr
  • Pinterest
  • Google+
  • LinkedIn
  • E-Mail
Subscribe
Connect with
I allow to create an account
When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account.
DisagreeAgree
Notify of
guest
Connect with
I allow to create an account
When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account.
DisagreeAgree
guest
0 Şərhlər
Inline Feedbacks
View all comments

Digər məqalələr

  • Qərarvermə zamanı hər kəsin yol verdiyi 10 əsas səhv
  • Facebook-u biznes üçün necə istifadə etmək olar?
  • Korporativ sektorda PR fəaliyyətin əhəmiyyəti və rolu
  • Tədbirləri təşviq etmək üçün 7 effektiv PR aləti
  • Sosial Media Marketinqi (SMM) dərsləri | Birinci dərs | Facebook səhifəsinin yaradılması
  • Tbilisi şəhərində gördüklərim
  • Korporativ Sosial Məsuliyyət (CSR) nədir?
  • Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
  • Satan reklam mətnlərini necə yazmaq olar?
  • Yüksək imici necə qazanmalı?
  • Sizcə, mən dəliyəm?
  • Kopiraytinqin əsas prinsipi: “ƏYRİ PİRAMİDA”
  • Copywriting (Kopiraytinq) nədir?
  • Marketinq analizini necə aparmaq lazımdır? – METODLAR VƏ TÖVSİYƏLƏR
  • Supermarketlərdə niyə çox alış-veriş edirik?

Əlaqə

Əlaqə telefonu: +994 50 207 57 57

E-mail: teymur[@]hajiyev.org

Etiketlər

Bazar araşdırması Biznes Biznes ədəbiyyatı brendinq copywriting facebook ictimaiyyətlə əlaqələr kiçik biznes marka marketinq Marketinq analizi mətbuat xidməti PR press-reliz Public relations satış SMM Sosial Media Sosial Şəbəkə supermarket Texnologiya

Abunə ol

* indicates required
© The site was built by Hajiyev Consulting
wpDiscuz