Supermarketlərdə niyə çox alış-veriş edirik?

Supermarketlərdə niyə çox alış-veriş edirik?

Bir çoxumuz supermarketlərdə rastımıza çıxan qəribəliklərin fərqinə varmışıq. Ən çox şikayət etdiyimiz isə bir çörək üçün daha çox məsafə qət etməyimizdir.

Bunun doğru olub-olmadığını, bizlərdən, hisslərimizdən sui istifadə yoxsa dərin marketinq təhlillərinin nəticəsini əks etdirdiyini müzakirəyə çıxarmazdan əvvəl öncə sistemli şəkildə 5 alış-veriş oyununu nəzərinizə çatdıdırıq.

▪Meyvə və tərəvəzlə başlayan macəra

Alış-veriş təcrübəsində meyvə və tərəvəz alımı sona saxlanılmalıdır, çünki onların əzilməməsinə və təzə qalmalarına xüsusi ilə diqqət edirik. Marketlərdəki macəramızın isə meyvə və tərəvəz şöbəsinin gözümüzə “soxulması” ilə başlanması heç də təsadüf deyil. Psixoloji olaraq bizi təravətli, təbii məhsullar abu-havası ilə qarşılamaları daxilimizdə marketlə və məhsullarına qarşı güvən oyadır. Hətta öncədən təbii məhsullar aldığımız üçün daha sonra alacağımız “sənaye” məhsulları bizləri əsla narahat etməyəcəkdir. Çünki paketlərimizdə təbii məhsullar da var.

▪Çörək-süd-yumurta üçbucağı

Qeyd edilən qidalar demək olar ki, hər bir ailənin gündəlik ehtiyac siyahısına daxil edilmişdir. Supermarketlərdə bu ehtiyac ciddi şəkildə nəzərə alınmışdır. Belə ki, çörək, süd məhsulları və yumurtalar 3 fərqli məkanda və bir-birilərindən uzaq məsafədə yerləşdirilməklə müştərilərn marketdə qalma müddətlərinin artımına, daha çox alış-veriş etmələrinə səbəb olmaqdadır. Sizcə bu üçbucağın müəllifi kimdir?

▪Az, xəbərin var mənim oğlum Neft Akademiyasına qəbul olub

Qarşınızda iki seçim var. 1. Kiçik əl səbəti. 2. İri həcmli market arabası. Ortası yoxdur. Olmayacaq da.

Birincini seçənlər ikinciyə mütləq şəkildə keçid alırlar, çünki ərazi böyük, macəra uzun. İkincini seçənlər isə bu “heyvərəni “doyuzdurmaq” məcburiyyətinə qalırlar. Yoxsa, kassada nə deyərlər?

P.S. 1938-ci ildən istifadə edilməyə başlayan iri market arabaları həcm etibarı ilə bir ailənin bir həftəlik qida ehtiyacından daha çox yeri özündə ehtiva edir.

▪Çörək bol olarsa basılmaz vətən

Marketdə çörək şöbəsi və satışdan əlavə daxildə bişirilməsi… Ətrafa yayılan təzə çörək qoxusu… Alış-verişin pik vaxtları, saat 6:30… İşdən evə ac qayıdan xalqımız… Ağız suyunun iştah ifrazı və məntiqi olaraq daha çox alış-veriş! Bravissimo!

▪Ay uşaq!

Rəf strategiyası hamımıza məlumdur və bilirik ki, göz səviyyəmizə uyğun cərgələr güclü brendlərin məskunlaşdığı yerlərdir. Bu yerlər uğrundakı savaşları bir kənara qoyaraq keçək uşaqların valideynlər üzərindəki hegomoniyasına və ya yenidən “kim nə deyər” psixologiyasına…

Market rəflərinə əlinizdən tutduğunuz övladınızın göz səviyyəsində onları ciddi şəkildə cəlb edəcək məhsullar düzülür, avtomatik olaraq uşaqların istək duyğusu oyanır və qarşınızda yenə iki seçim var. 1. “Düşməni” cavab atəşi ilə susdurmaq. 2. Ağ bayraq qaldırmaq.

mənbə: pentaqram.com

0 0 votes
Məqaləni qiymətləndir
guest

0 Şərhlər
Inline Feedbacks
View all comments

Bənzər Məqalələr

X, Y və Z nəsilləri kimlərdir?

X, Y və Z nəsilləri kimlərdir?

Yəqin ki, iş günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı...

Yeni məhsulun yaradılması prosesi

Yeni məhsulun yaradılması prosesi

Məqalənin əvvəli bu linkdə Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf...

Reklam nədir? Bilməli olduğunuz hər şey

Reklamın tarixi və inkişafı

İstehlak iqtisadiyyatında reklam böyük əhəmiyyət daşıyır. Çünki o hansı məhsul və xidmətlərin olduğunu bildirməklə istehlakçıları vacib məlumatlarla təmin edir. Reklam...

Xəbər lenti