Satan reklam mətnlərini necə yazmaq olar?

You are currently viewing Satan reklam mətnlərini necə yazmaq olar?

Satan mətnləri necə yazmaq lazımdır? Bu məsələ bir çox kopirayterləri narahat edir. Gözəl və maraqlı yazmaq asandır. Bəs necə yazmaq lazımdır ki, mətni oxuyan adamda pul xərcləmək həvəsi yaransın? Bax bu bir qədər qəlizdir.

Bu gün sizə satan reklam mətnləri yazmağın 8 formulu haqqında bəhs edəcəyik

İnternet səhifələrində və sosial şəbəkələrdə, o cümlədən televiziya və radio reklamlarında məhsul üçün satışı artıran mətn yazmaq kopiraytinq bazarında ən çox tələbat olan məsələdir. Bu həm də ən çox ödəniş olan iş növüdür.

Bəs satan reklam mətnləri yazmaq sənətinə necə yiyələnmək olar? Əvvəlcədən qeyd edək ki, bu iş də artıq uzun illər təcrübə sayəsində öyrənilib və əsas prinsipləri ortaya çıxıb. Qəbul olunmuş formullarla başlamaq və təcrübə keçmək olar.

1. AIDA

Bütün zamanların ən məşhur formuludur. Bu abreviatura ingilis dilindəki 4 sözdən ibarətdir:

Diqqət (Attention)

Maraq (Interest)

İstək (Desire)

Hərəkət (Action)

İstənilən kommersiya təklifi ilk növbədə diqqət cəlb etməlidir. Sonra maraq yaratmalı, istəyi stimullaşdırmalı və sonda hərəkətə keçirməlidir.

2. ACCA

Bu formul əvvəlkinə bənzəyir. Birincidən fərqli olaraq burada izahata və mətnin anlaşıqlı olmasına daha çox önəm verilir. Abreviaturanın açıqlaması isə aşağıdakı kimidir:

Tanışlıq (Awareness)

İzahat (Comprehension)

İnandırma (Conviction)

Hərəkət (Action)

3. AIDPPC

Bu formul AİDA-nın daha da genişləndirilmiş formasıdır. Özündə aşağıdakı davranışları birləşdirir:

Diqqət (Attention)

Maraq (Interest)

Təsvir (Description)

İnandırmaq (Persuasion)

Təsdiq etmək (Proof)

Saziş bağlamaq(Close).

Bu formulun müəllifi amerikalı psixoloq və yazıçı Robert Kolyerdir.

4. IDCA

Bu isə ilk formul olan AİDA-nın daha bir genişlənməsidir. Amerikalı kopirayter Erla Bakli özünün “Daha yaxşı biznes məktubunu necə yazmalı (How to Write Better Business Letters) kitabında bu formul haqqında bəhs edib. Bu formul da 4 elementdən ibarətdir.

Bunu da oxu:   Kiçik biznes üçün ən uğurlu 11 marketinq strategiyası

Maraq (Interest)

İstək (Desire)

İnandırma (Conviction)

Hərəkət (Action)

Bu formul əsasında yazılmış reklam mətninin nümunəsi aşağıdakı kimidir:

Sən də frilanser işləmək istəyirsən?

İş yerinə getmədən ən çox qazanc əldə edə biləcəyin işi – kontekst reklamı üzrə mütəxəssis işini öyrən.

Master-klasa yazır və aşağıdakıları öyrən:

– Kontekst reklamının incəlikləri. Reklam mətnlərini necə daha yaxşı və keyfiyyətli yaza bilərsən?

– Sizin müştərinizin şirkətini necə daha effektiv etmək olar? Bunun sayəsində həmin müştəri sizə daha çox müştərilər gətirəcək.

– Cəmi bir kampaniya keçirməklə 10 000 manatlıq müqaviləni necə bağlamaq olar?

Ətraflı bu linkə keç: https://bit.ly/2zwk4mj

5. AAPPA

Bu formul isə nəzəriyyəçi Viktor O’Şvaba məxsusdur. O özünün “Yaxşı reklamı necə yazmalı” (How to Write a Good Advertisement) kitabında satan reklam mətnlərini aşağıdakı formul əsasında təsvir edir:

Diqqət çəkmək (Attention).

Üstünlükləri göstərmək (Advantage).

Sübut etmək (Prove).

Üstünlükləri göstərməklə sübut etmək (Persuade).

Hərəkətə keçmək üçün sorğu vermək (Action).

6. AIU

Bunu elektron məktubların yazılması üçün ideal formul hesab etmək olar.

Diqqəti cəlb etmək (Attention) – başlıq, mətn və şəkil ilə

Maraq yaratmaq (Interest).

Təcililik hisslərinə basqı etmək (Urgency) – oxucunu hərəkətə keçirmək üçün.

7. PPPP

Kopiraytinqdə 4P formulu isı Henru Houka məxsusdur. Bu klassik AİDA formulundan daha sadədir. Bu formul açıq şəkildə göstərir ki, uğurlu satış üçün hansı hərəkətlər lazımdır.

Təklifin təqdim olunması (Picture) – diqqət cəlb edin və həvəs yaradın,

Söz verin (Promise) – təklifin üstünlünlərini izah edin,

Sübut edin (Prove): müştəri rəylərini göstərin ki, dediklərinizi sübuta yetirəsiniz.

Hərəkətə keçirin (Push) – sifariş verməyi xahiş edin.

8. Yem – tor – qarmaq

Professor Frenk Diqnan satan reklam mətnlərinin yazılasına ovçuluq sənəti kimi yanaşıb. O hesab edir ki, müştərini cəlb etmək üçün birinic yem vermək lazımdır. Sonra tor və qarmaqla müştərini möhkəm tutmaq lazımdır.

Bunu da oxu:   Uğurlu iş adamlarının 9 vərdişi

Bu formul aşağıdakı kimi izah olunur:

– Yem hazırlayın – elə bir yem olmalıdır ki, heç kim ondan yan keçə bilməsin.

– Sonradan inandırıcı faktlarla torunuzu qurun, üstünlükləri izah edin ki, maraq həvəsə çevrilsin.

– Sonda qarmağı işə salın – hərəkətə çağırış edin.

Bu formula bir nümunə:

Şəxsi inkişaf ilə bağlı ödənişsiz kurs

Biz bunu iki ildə bir dəfə edirik. Sizin də bu kursa pulsuz düşmək şansınız var:
Kursu kim keçir?

Amerikanın Harvard universitetinin professoru Even Getsbi (ad şərtidir – hajiyev.org) O sizə şəxi brendi necə inkişaf etdirməyin yollarını öyrədəcək.

Bu kursu keçməklə siz Facebook, İstagram və Twitter-də on minlərlə izləyiciyə necə sahib olmağın yollarını öyrənəcəksiniz.

Bu frilanserlərə və şirkət sahiblərinə də yararlı kursdur.

Bu kurs bir günlük deyil. ABŞ-ın Harvard universitetinin qapalı resurslarına ömürlük çıxış imkanı qazanacaqsınız. Daim

Qeydiyyat üçün link aşağıdadır. Əgər bu ödənişsiz kursa qatılmaq istəyirsinizsə, qeydiyyatdan keçin. Bu çox sadədir.

Subscribe
Notify of
guest
0 Şərhlər
Inline Feedbacks
View all comments