Samsung necə dünya lideri oldu

Samsung necə dünya lideri oldu

Yəqin ki, “Samsung” brendini tanıyırsınız. “Samsung”un ekranını idarəetməyə kömək üçün göz trayektoriyasını izləyən ən yeni “Galaxy” smartfonlarından birinə sahibsiniz. Ya da üçölçülü görüntünü təmin edən əyri ekrana və nanokristal texnologiyaya sahib valehedici yeni “Superior 4k Ultra High Definition Smart TV”lərini görmüsünüz. Dünyanın ən böyük elektronika istehsalçısı olan “Samsung” televizor və “Blu-ray” pleyerlərindən, planşetlərdən, mobil telefonlardan və ağıllı saatlardan tutmuş bütün məişət texnikasına qədər təxminən hər kateqoriyada lazımi elektronik cihazların istehsalını təmin edir.

Təxminən 20 il əvvəl “Samsung” brendi elə də məşhur deyildi və sadəcə, texnologiya- nın yeni bir növü hesab olunurdu. Həmin dövrdə “Samsung”, sadəcə “Sony” brendinin xüsusiyyətlərini təqlid edən Koreya brendi idi və insanlar o zaman dünyanın ən məşhur elektronika istehsalçısı olan “Sony” brendinin məhsullarından ala bilməyəndə “Costco” korporasiyasından “Samsung” məhsullarını sifariş edirdilər. Lakin 1993-cü ildə “Samsung” mühüm bir qərara gəldi. O, ucuz yolla “Sony”ni təqlid etməyi dayandırdı və dünyada əsas rəqibini üstələməyə yönəldi. Lakin “Sony” brendini yenmək üçün “Samsung” elektronika istehsalında əsaslı dəyişikliklər etməli, “Sony” brendini təqlid edən məhsullar deyil, ən yeni qabaqcıl texnoloji məhsullar istehsal etməli idi. “Samsung” “Sony”ni satışlarda qabaqlamaq məqsədilə qərara aldı ki, ilk növbədə rəqibini innovasiyalarda qabaqlamalıdır.

Vau reaksiyası

“Samsung”un köklü dəyişikliyi islahatlar üçün ümumi (ən böyük detaldan ən xırdasına qədər) mandatın əldə edilməsi ilə başladı. “Samsung” bir nömrəli brend və qabaqcıl məhsul lideri olmağı qarşısına məqsəd qoydu. O ən son texnologiyaya sahib istifadəçiləri hədəfləyən boş və mənasız deyil, qüsursuz, dözümlü və gözəl görünüşlü məhsulları yaradan gümrah, gənc dizayner və menecerləri işə götürdü. “Samsung” onları “sənət əsərlərinin həyat tərzi” adlandırdı. Hər bir yeni məhsul “Vau!” testindən keçməli idi: əgər o, bazar yoxlanılması zamanı “Vau!” reaksiyası almırdısa, birbaşa dizayn studiyasına geri göndərilirdi. “Samsung” ən son texnologiya və dəbli dizaynla yanaşı, müştəriləri innovasiya hərəkatının tam mərkəzinə qoydu. Onun ilkin innovasiya məqsədi gördüyü hər bir işlə müştəri təcrübəsini artırmaq və insanların həyatına həqiqi dəyişiklik gətirməkdən ibarət idi.

“Samsung” özünün canlı, müştəriyönümlü yeni məhsul hədəfi ilə 10 ildən də az müddətdə “Sony’ni qabaqladı. Bu gün “Samsung” un 196 milyard dollar təşkil edən illik gəliri “Sony”nin gəlirindən iki dəfə yarım çoxdur və o, “Fortune’s Global 500” siyahısında “Apple”dan iki pillə öndə-13-cü yerdə qərarlaşıb. “Samsung” ən böyük şirkət olmaqla bərabər, yeni məhsulları üçün axtarışında olduğu “Vau” reaksiyalarını qazandı. Məsələn, son illərdə “Samsung” dizayn dünyasının Akademiya mükafatı hesab edilən, yeni məhsullan görünüş, funksionallıq və ilhamverici fikirlərinə əsasən qiymətləndirən Beynəlxalq Dizayn Mükəmməlliyi Mükafatlandırılması (International Design Excellence Awards – IDEA) taqdimatlarında aparıcı mövqe tutub. Ötən bir neçə ildə “Samsung” özündən sonrakı qalibdən iki dəfə artıq mükafat əldə edərək birinci korporativ qalib olub.

Rəqəmsal və hər şeyin sürətlə inkişaf etdiyi bir dövrdə artıq “Samsung” dünyanın “Sony”lərindən daha çox “Apple” kimi innovativ liderlərlə rəqabət aparır. Və “Apple”la müqayisədə “Samsung” öz mövqeyini daha yaxşı qoruyub. Məsələn, “Samsung” mobil cihaz bazanında liderliyə yüksəlib. Sadəcə, bir neçə il əvvəl “Samsung”un məqsədi smartfon sahəsində bazar payını 5 faizdən 10 faizə qədər artırmaq idi. Lakin “Galaxy” seriyasının uğuru sayəsində “Samsung”un qlobal satış payı “Apple”in 18,5 faiz təşkil edən satış payını keçərək 22 faizə yüksəlib.

“Apple”dan farqli olaraq, “Samsung” texnologiya sahəsində bir addım daha öndədir. Çünki “Apple”dan fərqli olaraq bu şitkət həm də yüksək rəqabət qabiliyyətinə malik böyük ekranlar da istehsal edir.  Əslində, “Samsung” tam 8 il ərzində televizor satışlarında qlobal lider olub. Onun smart televizorları əl hərəkətləri ilə idarəetmə, səslə idarəetmə və üz tanıma ilə yanaşı, tam şəbəkə əlaqəsini də təmin edir ki, bununla da istifadəçilər “Facebook”, “Skype”, onlayn vasitələr və öz sevimli mobil tətbiqlərindən bir əl hərəkəti ilə istifadə edə bilirlər. Bu qədər müxtəlif növlü ekranlara nəzarətin ələ alınması hər şeyin bir-biri ilə əlaqəli olduğu dövrdə “Samsung” a güclü rəqiblərinə qarşı mübarizədə böyük üstünlük gətirir.

Bununla yanaşı, “Samsung” başa düşür ki, bu günün “almmalı” məhsulları sabahın “vaxtı keçmiş” mahsuluna çevrilə bilər. Gələcək inkişaf daha böyük televizorlar və daha yaxşı smartfonlarla təmin edilməyəcək. Daha çox məhsul kateqoriyasından asılı olmayaraq, elektronika istehsalçıları daimi olaraq “növbəti uğurlu mahsul” axtarışında olmalıdır. Bu məqsədlə “Samsung”un bütün dünya üzrə bazar tədqiqatı və məhsul innovasiyası komandası fasiləsiz olaraq məhsul istifadəsini, alıcı davranışlarını, yaşam trendlərini tədqiq edir və müştəri təklifləri, müştərinin ehtiyaclarını təmin etmək üçün yeni, innovativ yollar axtarır.

Əşyaların İnterneti

Məsələn, hazırda “Samsung” “aşyaların interneti” (İnternet of things, IoT), ev elektronikası alətlərindən tutmuş avtomobil, bina, hatta geyimlərin də rəqəmsal şəkildə əlaqələndirildiyi qlobal mühit yaratmaq üçün böyük həcmdə sərmayə qoyur. Nəzərə alaq ki, “Samsung” demək olar, bütün növ elektronikaya aid məhsullar istehsal edir,İoT gələcək innovasiya və inkişaf üçün münbit şəraiti təmin edir. Son illərdə “Samsung” mahsullarını dünyanın qalan hissəsi ilə əlaqələndirən “əlaqə şəbəkəsi” yaratmağa başlayıb. Məqsəd “Hayatla ahəng təşkil edən” “Samsung” IoT məhsullarının və texnologiyalarının yaradılmasıdır. Artıq bir neçə smart məhsul taqdim edilib – bura bütöv smart televizor dəsti, 16 mətbəx aləti və cihazlan bir-biri ilə və istifadəçilərlə əlaqələndirən tətbiqlər daxildir.

Samsung”un tezliklə istehsal olunacaq “yuxuya həssas” cihazı şirkətin İoT gələcəyi barədə kiçik bir təsəvvür formalaşdırır. “Samsung”un “yuxuya həssas” texnologiyası sizə yuxunu daha yaxşı qavramağa və düzgün şəkildə idarə etməyə kömək edəcək. Bu, döşəyin altına yerləşdirilən hamar diskdir və təmas olmadan ürək və tənəffüs tempinizə, həmçinin yuxuda ikən hərəkətinizə nəzarəti təmin edir. Bundan başqa, “yuxuya həssas” funksiyası smartfonlar vasitəsilə sizi gündəlik olaraq nə qədər yatdığınız barədə, metabolizminizə və şəxsi keyfiyyətlərinizə əsasən ekspert məsləhətləri və tövsiyələri barədə məlumatlandırır. Ən gözəli isə budur: “yuxuya həssas” funksiyası həm “Samsung” cihazlarına, həm də üçüncü bir İoT cihazına qoşula bilər. Məsələn, cihaz hiss etsə ki, siz gecə “Netflix” izləyərkən yuxuya getmisiniz, o avtomatik olaraq televizoru söndürə və rahat yuxu mühitini təmin etmək üçün kondisioneri işə sala bilər. Gələcəkdə hətta “yuxuya həssas” funksiyası sayəsində “Samsung” ailəsinin mərkəzi soyuducusu görsə ki, siz yatmazdan qabaq süd məhsulları yediyiniz zaman yaxşı yatmırsınız, sizin üçün daha yaxşı gecə yeməyi alternativləri irəli sürə bilər. Vau!

“Samsung”un hazırkı IoT seriyası, sadəcə, aysberqin görünən tərəfidir. Hesablamalara əsasən, şəbəkəyə qoşulmuş cihazların sayı bu gün 1 milyarddırsa, növbəti illərə qədər bu rəqəm 25 milyarda çatdırılacaq ki, bu da 3 trilyon dollarlıq bazar payı deməkdir. “Samsung” iddia edir ki, o vaxta qədərki bütün məhsullarının 100%-nin də internet əlaqəsi olacaq.

20 il bundan öncə çox az insan deyə bilərdi ki, “Samsung” əsaslı şəkildə və belə sürətlə dəyişərək ucuz, sıravi məhsullar istehsal edən bir istehsalçıdan dəbli, yüksək səviyyəli və ǝla keyfiyyətli məhsullar istehsal edən dünyanın qabaqcıl və yenilikçi şirkətinə çevriləcək. Lakin “Samsung” un etdiyi müştəriyönümlü yeni məhsul innovasiyasına sadiq qalmaqdır. Və hətta son vaxtlar belə çox az insan deyərdi ki, “Samsung” rəqəmsal, qarşılıqlı əlaqəli dünyanın meydana gəlməsində aparıcı qüvvə olacaq. Lakin belə görünür ki, “Samsung” bunun əldə edilməsi yolunda da uğurla irəliləyir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir