Elektron poçt marketinqi (email marketing)

Elektron poçt marketinqi (email marketing)

Elektron poçt marketinqi (email marketing) vacib və böyüyən rəqəmsal marketinq aləti olaraq qalmaqdadır. Sosial media aktual yeni bir alət olsa da, elektron poçt hələ də ön mövqelərdədir. Dünyada dəqiqədə 200 milyondan çox elektron poçt göndərilir. Bir hesablamaya görə, yetkin insanların 72 faizi şirkətlərin onlarla elektron poçt vasitəsilə kommunikasiya etməsinə üstünlük verir, 91 faizi isə iş gördüyü şirkətlərdən təşviqat xarakterli elektron poçtlarını qəbul etməyi xoşladığını deyir. Bundan başqa, elektron poçt daha fərdi kompüterlərlə məhdudlaşmır; indi elektron poçtların 66 faizi mobil cihazlarda açılır. Təəccüblü deyil ki, bir sorğuda iştirak edən şirkətlərin 25 faizinin qənaətinə görə, elektron poçt onların gəlir gətirən əsas investisiya kanalıdır. 

Müvafiq qaydada istifadə ediləndə elektron poçt əsas birbaşa marketinq vasitəsi ola bilər. Bu günün elektron poçtları keçmişin ciddi və yalnız mətndən ibarət mesajlarından başqa bir şey deyil. Əvəzində onlar rəngli, cəlbedici və interaktivdir. Elektron poçtlar satıcılara çox hədəflənmiş, çox fərdiləşdirilmiş, əlaqə quran mesajlar göndərməyə imkan verir. Məsələn, oyuncaq istehsalçısı “Fisher-Price” elektron poçtdan abunəçilərinə əvvəlcədən qeydiyyatdan keçmək barədə, yeniliklər və doğum günü arzuları göndərmək üçün istifadə edir. Bir ana uşağının 1 yaşı tamam olan gündə yaşla əlaqəli oyun ideyaları, valideynlik məsləhətləri və məhsul haqqında məlumatı ehtiva edən rəngli, fərdiləşdirilmiş “uşağınızın doğum günü mübarək” xarakterli elektron poçtu qəbul edə bilər. 

Eyni şəkildə eynək brendi “Warby Parker” ev şəraitində sınaqdan keçirən müştərilərə məlumat və təşviqat xarakterli doqquz ədəd elektron poçt göndərir. Onların hər biri şəxsən müraciət edir və ilkin qeydiyyatdan və sifarişin təsdiqlənməsindən seçim yardımı təkliflərinə və çərçivələrin qaytarılması təlimatlarına qədər sınaq prosesindəki mərhələləri ehtiva edir. Bir müştəri deyir: “Bunun möcüzəvi tərəfi bu idi ki, sanki “Warby Parker”in proses müddətində daim mənimlə olub”. “Warby Parker” həmçinin alışdan sonra təcrübə ilə maraqlanır və elan xarakterli nəcib elektron poçtlar göndərir. Məsələn, o, məhsulun alışının birinci ildönümündə müştərilərə aşağıdakı mesajla fərdiləşdirilmiş elektron poçtlar göndərir: “Siz “Warby Parker” sağanaqlarını bir ildir ki, əldə etmisiniz. Onlara bizim “Doğum gününüz mübarək!” dediyimizi deyin. Ümid edirik ki, ilk 365 gününüz sevincli keçib”. Həmçinin müştərinin “daha çox ənənəyə başlamaq istəyə biləcəyini nəzərə alaraq, elektron poçta “Warby Parker”in veb-səhifəsinə keçid (link) də daxil edilir.

Lakin elektron poçt marketinqindən artan istifadəsinin qaranlıq tərəfi də var. Elektron poçt qutularımızı spam mesajları doldurub. Bu növ arzulanmayan və kommersiya məqsədli elektron poçt mesajlarının sürətli artımı istehlakçı qıcığı və məyusluğu yara- dır. Bir mənbənin fikrincə, spam indi dünyada hər gün göndərilən milyardlarla elektron poçtun təxminən yarısını təşkil edir. Amerika şirkətlərindəki işçilər hər gün 109 milyarda yaxın elektron poçt göndərir, qəbul edir və iş həftəsinin təxminən üçdəbirini elektron poç- tunun idarə olunmasına sərf edir. Elektron poçt vasitəsilə satış edən şirkətlər istehlakçılar üçün dəyər yaratmaqla müdaxiləedici (və bezdirici) olmaq arasında balansı saxlayır.

Bu narahatlığı aradan qaldırmaq üçün əksər qanuni satıcılar indi icazə əsaslı elektron poçt marketinqi həyata keçirərək yalnız “icazə verən” müştərilərə elektron poçt göndərir. Bir çox şirkətlər müştərilərə onların nəyi qəbul etmək istədiklərini seçməyə icazə verən, konfiqurasiya oluna bilən elektron poçt sistemlərindən istifadə edir. “Amazon” “icazə verən” müştəriləri onların ifadə edilmiş tərcihləri və əvvəlki alış-verişlərinə əsaslanan məhdud sayda faydalı “düşündük ki, bilmək istərdiniz” mesajları ilə hədəfləyir. Müştərilərin cüzi hissəsi buna etiraz edir və əslində, çoxu bu cür təşviqat mesajlarını məmnunluqla qarşılayır. “Amazon” həmin müştərilərin geriyə yüksək reaksiya göstərmək dərəcələrindən və elektron poçt qəbul etmək istəməyən müştərilərə elektron poçt göndərməkdən qaçmaqdan faydalanır. Faktiki olaraq hər il ən pis elektron poçt istismarçısı, həmçinin ən çox xoşlanan son SPAMMY mükafatlarında “Amazon” iki il dalbadal ən populyar elektron poçt abunə- çiləri siyahısına başçılıq edir. 

Filip Kotler – Marketinqin əsasları

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir