Müasir reklamın atası Bob Qrinberq

Müasir reklamın atası Bob Qrinberq

Müasir reklamçılığın bir banisi olsaydı, o, yəqin ki, Bob Qrinberq olardı.

O, yeni reklam mediumu – film və televiziyadan sonra “3-cü ekran” kimi mobil telefonları təklif edən, bu cərəyanın əsasını qoyan ilk şəxs idi. Onun fikirləri indi sürətlə dəyişən mətbuat aləmində əvvəlki dövrlə müqayisədə daha yaxşı anlaşılır. 

Mən sübut etmək istəyirdim ki, fiziki məkanda sıfırdan ev tikmək həqiqətən kiberməkanda kompleks sayt tikməklə eyni şeydir.

Müsahibələrinin birində o deyirdi: Mən sübut etmək istəyirdim ki, fiziki məkanda sıfırdan ev tikmək həqiqətən kiberməkanda kompleks sayt tikməklə eyni şeydir.

Çərçivədən kənara çıxan reklam

Qrinberq məlumatların vizuallaşdırılması – rəqəmlə ifadə olunmuş informasiyanın vizual formada çatdırılmasını diqqət mərkəzində saxlayır. O hesab edirdi ki, statistik məlumatlar çaşdırıcı ola bilər. Rəqəmlərlə dolu bir vərəqə baxmaq yaradıcı təhlilin intuitiv prosesi üçün çətinlik yarada bilər. Müqayisələri təsvir etmək, cərəyanlar barədə yekun icmal hazırlamaq və s. verilənlərin vizuallaşdırılması bu statistik rəqəmləri ekranda canlandırır, insanlara mürəkkəb statistik məlumatları daha rahat tədqiq və təhlil etmək imkanı verir, beləliklə, informasiyadan istifadəni asanlaşdırır.

“İnternet əsri”nə keçəndən sonra reklam sənayesi ənənəvi şirkətlər və rəqəmsal şirkətlər olmaqla iki hissəyə ayrıldı. B.Qrinberqin əsas motivasiyalarından biri öz reklam agentliyini verilənlərin vizuallaşdırılması istiqamətinə yönəltməklə “ənənəvi” və “rəqəmsal” bölünməni göstərmək idi. 2011-ci ildə “New York Times” qəzetinə müsahibəsində Qrinberq demişdi ki, onun digər motivasiyası “müştərilərin ehtiyacı olan və istehlakçıların cavab verəcəyi” model reklam agentliyi yaratmaqla bağlı idi.

Qrinberq məsələni araşdıraraq işə rəqəmsal vizuallaşdırmanın təbliği ilə başladı. Bunun üçün o, istehlakçıların şəxsi məlumatlarını izləməyə və rəqəmləri digərlərininki ilə müqayisə etməyə çağırdı.

Bu zaman onlar öz göstəricilərinin digərlərininki ilə müqayisəsini görməyin necə möhtəşəm olduğunu görəcəkdilər. 

Reklamçılar informasiyanın vizuallaşdırılmasını niyə qəbul etməlidirlər? 

Qrinberqin fikrincə, informasiyanın vizuallaşdırılması məhsul alışı və istifadəsi sahəsindəki əsas müştəri təcrübəsinin bir hissəsidir. O bunu “ən yüksək motivasiya” adlandırırdı. Qrinberq dərsi bundan ibarət idi: “Reklam işi, sadəcə müştərilərin motivasiya edilməsindən ibarətdir”.

Qrinberqin Nyu-Yorkdakı reklam agentliyi “R/GA” (əvvəllər “R/Grinberg Association”) “Nike” şirkətinin internet səhifəsini (http://www.nike.com/us/en_us/c/nike-plus) dizayn edərkən informasiyanın vizuallaşdırılmasını tətbiq etdi. Məsələn, qaçışçılar yarış zamanı qət edəcəkləri məsafələri, sürətlərini, zamanı və yandırdıqları kalorini izləyə, eyni zamanda digər yarış iştirakçıları ilə əlaqə yarada bilərdilər. Müştərinin öz bacarığını başqasınınkı ilə müqayisə edə və öz təcrübəsini başqası ilə paylaşa bilməsi müştəridə sədaqət hissi yaradır və məhsul satışı ilə nəticələnir.

Qrinberqin bəzi reklam agentliklərinin rəhbərlərinə yazığı gəlirdi. Onlar hələ də televiziyada 30 saniyəlik reklam dövründə idilər. Çünki onların bildiyi yeganə şey bu idi. Televiziya, radio, jurnallar və qəzetlər sıradan çıxmamışdı, lakin onların dövrü geridə qalmışdı. Qrinberqin fikrincə, müştərilərə yanaşmaq üçün yeni yollar hazırlamayan reklam agentlikləri, xüsusilə də “hər şeyin rəqəmsal olduğunu” hələ də qəbul etməyən agentliklər öz sonlarını hazırlayır.

Qrinberq hesab edirdi ki, reklamları əyləncəli məhsullara çevirməkdənsə, reklamların özü əyləncəli olmalıdır. Qrinberq “media futuristi” adlandırılırdı, lakin artıq sübut olunmuşdu ki, gələcək indidir.

Həmin dövrlərsə “Samsung” və “Verizon” şirkətləri internet reklamlarına ayrılan büdcəni üç dəfə artırmışdı. “American Express” şəbəkə televiziyasından uzaqlaşmışdı. Qrinberq isə həmin dövrdə “R/GA” şirkətinə informasiya texnologiyaları, verilənlər üzrə təhlilçilər və “təcrübəli dizaynerlər” adlandırdığı heyəti cəlb etmişdi. O, doğru hərəkət edirdi. Onun komanda üzvlərinin sayı beş dəfə artaraq 400 nəfərə çatmışdı. 

Qrinberq 2009-cu ildə dünyasını dəyişib. Lakin onun şirkəti bu gün də dünyanın ən uğurlu reklam agentlikərindən sayılır. 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir