Teymur Hacıyev Teymur Hacıyev Teymur Hacıyev Teymur Hacıyev
  • Baş səhifə
  • Xidmətlər
  • Bloq
  • Haqqımızda
Teymur Hacıyev Teymur Hacıyev
  • Baş səhifə
  • Xidmətlər
  • Bloq
  • Haqqımızda
Fev 13

Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı

  • 13 Fevral 2019
  • teymur
  • Şərh yoxdur
  • İctimaiyyətlə əlaqələr

Son günlər ölkəmizdə ənənəvi və yeni medianın fəaliyəti ilə bağlı ciddi müzakirələr gedir, müxtəlif fikirlər səslənir. Çap mediasının yeni bir mərhələyə çıxmasının vacibliyi vurğulanır, eyni zamanda yeni mediaya (internet və ya onlayn media) onun fəaliyyətinin daha effektiv olması, daha yüksək səviyyəyə çatdırılması üçün dövlət tərəfindən maliyyə yardımının ayrılması məsələsi qeyd olunur.

1875-ci il iyulun 22-də Azərbaycanda milli mətbuatın bünövrəsini qoyan “Əkinçi” qəzeti təsis olunandan sonra cəmiyyətin maariflənməsində mühüm bir mərhələ başlanıb. Sonrakı dönəmlərdə milli mətbuatın inkişafına mühüm töhfələr verən “Bakinski Listok”, “Bakinskiye İzvestiya”, “Kaspi”, “Kəşkül”, “Şərqi Rus”, Azərbaycan Xalq Cumhuriyyəti dövründə isə “Azərbaycan” qəzeti ilə bu maarifçilik dalğasını davam etdirilib.

XX-ci əsrdə yenidən müstəqillik əldə edən, yeni inkişaf səviyyəsinə qədəm qoyan Azərbaycan Respublikasında mətbuatın inkişafı dövlətin bilavasitə dəstəyi ilə yeni mərhələyə qədəm qoyub, çoxsaylı qəzet və jurnallar çap olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonunun yaradılması ənənəvi medianın inkişafına yeni nəfəs verib. Fond tərəfindən bütün bu müddət ərzində onlarla qəzetə maddi yardım ayrılıb, redaksiyaların inkişafı üçün imkanlar açılıb və bu proses davam edir. Hazırda dövlət tərəfindən internet mediaya da maliyyə yardımının ayrılması məsələsi müzakirə olunur ki, fikirimizcə, indiki şəraitdə bu vacib istiqamətdir və belə bir dəstəyin internet medianın da gələcək inkişafında müstəsna rolu olacaqdır.

Hazırda dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsi, sosial şəbəkələrin (hətta ayrı-ayrı dövlətlərə aid olan müxtəlif sosial şəbəkələr) artıq qlobal səviyyədə yayılması çap mediasına istər-istəməz öz təsirini göstərir, bütün dünya üzrə medianın ənənəvi platformadan yeni onlayn platformaya transformasiyası prosesi gedir. Demək olar ki, inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlərdə biz bir sıra media orqanlarının tirajlarının azalması, hətta bağlanması kimi xəbərləri oxuyur, yeni-yeni internet qəzetlərin yarandığını müşahidə edirik.

Bunu da oxu:   Kopiraytinqin əsas prinsipi: "ƏYRİ PİRAMİDA"

Maraqlı kontent oxucunu cəlb edə bilər

Yeni texnologiyaların sərhədsiz şəkildə genişlənməsi prosesində sözsüz ki, məhz qəzetlər ən çox ziyan çəkən tərəf olur, çünki hər gün genişlənən və hər an yenilənən, yerli və xarici mediadan olan məlumatların əks olunduğu internet media ilə rəqabət aparmaq həm operativlik, həm bütün resursların zamanında səfərbər olması və məlumatın oxucuya çatdırılması baxımından çox çətindir. Bəs belə şəraitdə qəzetlər nə etməlidir? Sözsüz ki, belə olan halda qəzetlər öz oxucu kütləsini saxlamaq üçün internet mediada oxucunun tapa bilməyəcəyi eksklüziv informasiyalar verməli, maraqli kontent təqdim etməlidir. Yəni oxucu gün ərzində internet mediada olan məlumatı növbəti gün qəzetdə də görməməlidir. Məhz maraqlı kontent hazırda oxucunu özündə saxlaya, qəzetlərin öz auditoriyasını genişləndirməyə kömək edə, eləcə də qəzet satışlarının artmasına şərait yarada bilər.

Biznes subyektlərinin media ilə sıx əməkdaşlığı vacibdir

Eyni zamanda istər qəzetlərin, istərsə də internet medianın ayaqda qala bilməsi üçün təkcə dövlət tərəfindən davamlı olaraq maddi dəstəyin verilməsi kifayət deyildir. Burada əsas məqamlardan biri də özəl sektorun media ilə əməkdaşlıq etməsi və tərkibində reklam olan kontenti ödənişli əsaslarla mediada çap etdirməsidir.

Hazırda dünyanın aparıcı media orqanları (istər çap mediası, istərsə də internet media) da biznes subyektləri ilə əməkdaşlıq və informasiyaların ödənişli əsaslarla yerləşdirilməsi şəraitində çalışırlar. Azad bazar iqtisadiyyatı şəraitində son istehlakçıya təqdim olunan məhsulun tanıtımı cəmiyyətdə rəy yaradan, onu istiqamətləndirən media ilə əməkdaşlıqdan keçir. Bu mənada Azərbaycanda da biznes subyektləri istər çap mediası, istərsə də internet media ilə sıx əməkdaşlıq etməli, öz biznesləri barədə cəmiyyətdə pozitiv rəy yaratmağa kömək edən media ilə sıx işləməlidirlər.

Eyni zamanda yaddan çıxarmayaq ki, media istər çap, istərsə də onlayn formada təkcə informasiya, əyləncə, reklam və pozitiv imic yaradan alət demək deyildir. Bu həm də təhsil, maarifçilik, cəmiyyətin və dövlətin ən müxtəlif qurumlarının biri biri ilə ünsiyyəti, ən əsası isə dövlət vətəndaş arasında olan əlaqələrin bir hissəsidir. Bu mənada güclü və dayanıqlı medianın olması həm dövlətin, həm də cəmiyyətin marağındadır.

Bunu da oxu:   Tədbirləri təşviq etmək üçün 7 effektiv PR aləti

Çap mediası – qəzetlərə gəldikdə isə qeyd etmək lazımdır ki, hazırda hər birimiz milli sərvətimiz olan və böyük maarifçi Həsən Bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın inkişafına, ayaqda qalmasına bacardığımız qədər dəstək olmalı, internet medianı gündəlik həyatımızın bir hissəsinə çevridiyimiz kimi qəzetlərin gündəlik həyatımızın ayrılmaz bir parçası olmasına şərait yaratmalıyıq.

Əlimərdan Sultanov

  • Facebook
  • Twitter
  • Tumblr
  • Pinterest
  • Google+
  • LinkedIn
  • E-Mail

Bənzər məqalələr

  • Korporativ Sosial Məsuliyyət (CSR) nədir?12 İyun 2019
  • Kopiraytinqin əsas prinsipi: “ƏYRİ PİRAMİDA”05 İyul 2018
  • İctimaiyyətlə əlaqələr nədir?20 Yanvar 2018
Subscribe
Connect with
I allow to create an account
When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account.
DisagreeAgree
Notify of
guest
Connect with
I allow to create an account
When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account.
DisagreeAgree
guest
0 Şərhlər
Inline Feedbacks
View all comments

Digər məqalələr

  • Qərarvermə zamanı hər kəsin yol verdiyi 10 əsas səhv
  • Facebook-u biznes üçün necə istifadə etmək olar?
  • Korporativ sektorda PR fəaliyyətin əhəmiyyəti və rolu
  • Tədbirləri təşviq etmək üçün 7 effektiv PR aləti
  • Sosial Media Marketinqi (SMM) dərsləri | Birinci dərs | Facebook səhifəsinin yaradılması
  • Tbilisi şəhərində gördüklərim
  • Korporativ Sosial Məsuliyyət (CSR) nədir?
  • Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
  • Satan reklam mətnlərini necə yazmaq olar?
  • Yüksək imici necə qazanmalı?
  • Sizcə, mən dəliyəm?
  • Kopiraytinqin əsas prinsipi: “ƏYRİ PİRAMİDA”
  • Copywriting (Kopiraytinq) nədir?
  • Marketinq analizini necə aparmaq lazımdır? – METODLAR VƏ TÖVSİYƏLƏR
  • Supermarketlərdə niyə çox alış-veriş edirik?

Əlaqə

Əlaqə telefonu: +994 50 207 57 57

E-mail: teymur[@]hajiyev.org

Etiketlər

Bazar araşdırması Biznes Biznes ədəbiyyatı brendinq copywriting facebook ictimaiyyətlə əlaqələr kiçik biznes marka marketinq Marketinq analizi mətbuat xidməti PR press-reliz Public relations satış SMM Sosial Media Sosial Şəbəkə supermarket Texnologiya

Abunə ol

* indicates required
© The site was built by Hajiyev Consulting
wpDiscuz