Qərarvermə zamanı hər kəsin yol verdiyi 10 əsas səhv

You are currently viewing Qərarvermə zamanı hər kəsin yol verdiyi 10 əsas səhv

Qərarvermə prosesi çoxuna sadə həyat tərzi kimi görünsə də, idarəetmə elmləri ilə məşğul olan alimlər bu psixoloji məqamlara da diqqət yetirirlər. 

Hər bir insan hər gün həyatını müəyyən qərarlar verməklə keçirir. Qərar vermək gündəlik rutin işlərimizdən biridir. Misal üçün, “Bu gün hansı marketdən alış-veriş edim?” “Qara yoxsa mavi köynəyimi geyinim, “Bravo”dan yoxsa “Araz Market”dən alış-veriş edim” kimi suallarla hər gün qarşılaşırıq və qərarlar veririk. Sözsüz ki, gündəlik olaraq bu cür qərarlar verilərkən o qədər də dərin təhlilə ehtiyac duyulmur. Lakin həyatımızın elə anları olur ki, həmin zamanlarda yol ayrıclarında qalırıq. Həyatımıza ciddi təsir edəcək qərarlar qəbul etməli oluruq. Bəzi hallarda verdiyimiz qərarlardan dolayı sevindiyimiz halda, digər hallarda peşmançılıq duyğusu keçiririk. Bəs nəyə görə həyatın vacib anlarında səhv qərarlar verdiyiniz barədə düşünmüsünüzmü? Yəqin ki, cavabınız hə olacaq. Artıq verilmiş qərarlar və əldə olunmuş müsbət və ya mənfi nəticələrdən sonra dəyişəcək çox şey qalmır. Yalnış qərarlar verdikdən sonra keçmişə qayıdıb həmin səhvləri düzəltmək arzusu hər bir inanın zaman-zaman ürəyindən keçib.

Bəs necə edək ki, qərarlarımız səhv olmasın və sonradan zaman maşının kəşf edilməsini də xəyal etməyək?

Qərarvermə prosesi çoxuna sadə həyat tərzi kimi görünsə də, idarəetmə elmləri ilə məşğul olan alimlər bu psixoloji məqamlara da diqqət yetirirlər. İnsanların nə üçün səhv və ya doğru qərarlar qəbul etdiyini araşdırıblar. Məlum olub ki, bir çox insanların qərarvermə prosesində yol verdikləri ortaq səhvlər mövcuddur. Bu məqaləni oxuduqca, siz də zaman-zaman eyni səhvləri etdiyinizi görəcəksiniz.

Qərarvermə ilk növbədə məlumatların düzgün təhlili və doğru nəticələrin çıxarılması zamanı uğurlu olur. Lakin bəzi psixoloji məqamlar insanları doğru təhlil qabiliyyətindən məhrum edir. İnsanlar adətən qərarvermə prosesində aşağıdakı səhvlərə yol verirlər:

1. İfrat inam

Əgər qərar verən şəxs özün haqqında və ya başqası haqqında qeyri-realist, pozitiv fikirdədirsə və yaxud da çox bildiklərini zənn edirsə, o ifrat inam məsələsində səhvə yol vermiş olur.

2. Ani xoşbəxtlik

Ani xoşbəxtlik yalnışı şəxsin təcili mükafatlanmaya meyllərini və xərclərdən qaçmaq istəklərini əks etdirir. Belə insanlar üçün çox sürətli nəticə göstərən qərarlar daha cazibədardır. Belə olan halda səhvlərə yol verirlər.

3. Lövbər effekti

Qərar verən şəxsin bir məlumata köklənməsi və digər informasiyaları qeyri-adekvat qiymətləndirməsi lövbər effekti sayılır. İlkin təəssüratlar, ideyalar, qiymətlər və hesabların çəkisi daha sonra daxil olan məlumatların çəkisindən artıq olur.

4. Seçici yanaşma

Əgər qərar verən şəxs hadisələri obyektiv şəkildə təşkil və analiz edə bilmirsə, o zaman seçici yanaşma səhvini buraxmış olur. Bu onların diqqət yetirdikləri informasiyaya, müəyyənləşdirdikləri problemlərə və irəli sürdükləri alternativlərə təsir göstərir.

5. Təsdiqləmə yalnışı

Hadisələri obyektiv qiymətləndirməyi bacarmayan adamların seçimlərini təsdiq edən və keçmiş yanaşmalarına uyğun informasiyalar təsdiqləmə yalnışı adlanır. Belə insanlar onların öncədən formalaşan fikirlərini təsdiq edən informasiyanı qəbul edirlər. Onların onların fikirlərini tənqidi analiz edən informasiyalara inanmaq istəmirlər və ya şübhə ilə yanaşırlar.

6. Çərçivəyə salma

Çərçivəyə salma vəziyyəti yalnış qəra verən şəxslərin hadisənin konkret aspektlərini qabardaraq digərlərini diqqətdən kənar qoyduğu hallarda yaranır. Onlar vəziyyətin xüsusi aspektlərinə diqqət çəkərək digər məqamları görməzliyə vururlar. Beləliklə mənzərəni yalnışlıqla dəyişdirir və doğru olmayan analizlərlə çıxış edirlər.

7. Uyğunluq yalnışı

Qərarvermə prosesində yol verilən bu səhv ən son baş verən və yaddaşda yeni qalmış hadisələri xatırlamağa çalışan qərarverici yanaşmasıdır. Nəticədə o, hadisələrin obyektiv formada xatırlanmasını məhdudlaşdırır, yalnış analizə və yalnış qiymətləndirməyə səbəb olur.

8. Təmsilçilik yalnışı

Əgər qərar verən şəxs bir hadisənin baş verməsini başqa bir hadisəyə bənzədirsə, bu təmsilçilik yalnışıdır. Belə yalnış davranan şəxs analogiyalar qurur və mövcud olmayan “bənzər” situasiyalar görməyə başlayır.

9. Təsadüfilik yalnışı

Bu səhv qərar verən şəxsin təsadüfi hadisələrdən məna axtarması zamanı ortaya çıxır. Belə hadisələr tez-tez baş versə də, həmin hadisələri öncədən proqnozlaşdırmaq üsulu mövcud olmasa da, onlar belə qərarlar verilməsndə çətinlik çəkirlər.

10. “Batmış xərclər” yalnışı

Bu yalnış adətən biznes prosesləri zamanı baş verir. Qərar verən şəxs keçmişdə baş vermiş hadisəni dəyişmək istəyir. Keçmişi dəyişməyin mümkünsüzyünü unudan şəxslər adətən belə yalnışlara yol verirlər. Misal üçün, keçmişdə sərmayə qoyulmuş və özünü doğrultmamış bir biznesin batmış sərmayəsini yeni qərarlarla geri qaytarmaq. Yeni verilmiş qərar doğru olarsa, o hər bir halda keçmişdəki səhvi düzəltməyəcək. Öz nəticələrini müsbətləşdirəcək. Keçmişə köklənərək verilən yalnış qərarlar “batmış xərclər” yalnışı adlanır.

Yalnış qərarlardan yayınmaq üçün ilk növbədə hadisələrin və proseslərin düzgün təhlili vacibdir. Təhlil üçün müxtəlif menecerlər müxtəlif üsullardan istifadə edirlər. Amma idarəedicinin ən çox istifadə etdiyi analiz metodu Güclü və zəif tərəflər, o cümlədən imkanlar və təhdidlərin yan-yana qoyularaq müqayisəsi metodurur. Beynəlxalq ədəbiyyatda bu mütod SWOT analizi adlanır.

Qərarvermə prosesində yalnışlara yol verməmək üçün hansı üsul və metodlardan istifadə edilmək gərəkdiyini bilmək istəyirsinizsə, bloqumuzu izləməkdə davam edin. Növbəti yazımız qərarvermə metodları barədə olacaq.

Məni Facebook-da izləyin

Subscribe
Notify of
guest
0 Şərhlər
Inline Feedbacks
View all comments