Uğurlu iş adamlarının 9 vərdişi

Uğurlu iş adamlarının 9 vərdişi

Bir çox hazırkı və gələcək iş adamları öz karyeralarının müəyyən mərhələsində özlərinə belə bir sual verirlər: Uğurlu olmaq üçün nə etmək lazımdır? Biznes sahəsində doğrudan da uğurlu olmaq istəyirsinizsə, özünüzdə bəzi vərdişləri təkmilləşdirməlisiniz.

1. Pulu idarə etmək bacarığı

Biznesdə uğurlu ola bilmək üçün pulu idarə etməyi bacarmaq lazımdır. Burada isə söhbət hələ ki, şəxsi büdcədən gedir. İlk olaraq özünüzə bu sualı verin: Hər ay pullarınız hara gedir? Qazandığınızdan az, yoxsa çox xərcləyirsiniz?

Əgər hər iki suala mənfi cavab verdinizsə, öz şəxsi büdcənizi idarə etməkdə çətinlik çəkirsinizsə, biznesin maliyyəsini idarə etmək sizə çətin olacaq. Öz şəxsi büdcənizi qaydaya salaraq təcrübə toplayın.

2. Produktivlik

Əgər produktiv ola bilmirsinizsə, uğurlu iş adamı da ola bilməyəcəksiniz. Adətən iş adamları həftə 50-60 saat iişə vaxt ayırırlar. Bu isə orta statistik işçilərdən təxminən 10 və ya 20 saat çoxdur. Bununla belə, hər bir saat mümkün qədər effektiv istifadə olunmalıdır ki, biznes böyüsün və qazanc gətirsin. Əgər produktiv deyilsinizsə, həftədə 80 saat da işləsəniz, eyni nəticə olacaq.

Produktivliyin ideal resepti yoxdur. Sadəcə anlamaq lazımdır ki, nə sizin biznesinizə fayda gətirir. Özünüzdə müəyyənləşdirin ki, səhərlər, yoxsa axşamlar beyniniz daha məhsuldar işləyir. Musiqi sədaları altında, yoxsa sakitlikdə daha yaxşı ideyalar istehsal edə bilirsiniz. Bunu özünüzdə müəyyənləşdirin və həmin şərtlər altında çalışın. Çox çalışın və öz işinizi mükəmməllik səviyyəsinə qədər çatdırın.

3. Öz şəxsi brendini məşhurlaşdırmaq bacarığı

Bu gün biznes dünyası daha çox qısamüddətli müqavilələrə və müvəqqəti vəzifələrə meyl edir. Sahibkarlar və frilanserlər ideyalarını, layihələrini və işçilərini daha çox dəyişirlər. Bu səbəbdən də müasir şərtlərdə ən dəyərli valyuta fərdi brenddir. Fərdi Brend onlayn mövcudluq, peşəkar reputasiya, əhatə və həmkarların, müştərilərin, o cümlədən cəmiyyətin etimadı sayəsində formalaşır.

Öz fərdi brendiniz üzərində də işləməlisiniz. Ən azı öz biznesinizin brendinin üzərində işlədiyiniz qədər. Fərdi Brend sizi kütlənin arasında seçəcək və bazara girərkən sizə yardımçı olacaq.

4. Güclü və zəif tərəfləri anlamaq

Biznes sahibi bütün məsələlərin həllinə görə cavabdeh olmamalıdır. Ancaq hansı güclü və zəif tərəflərinizin olduğunu anlamaq lazımdır. Yalnız bu zaman əməkdaşlıq və ya işçi qəbulu zamanı düzgün qərarlar qəbul edə bilərsiniz.

Özünüzün güclü və zəif tərəflərinizi müəyyənləşdirmək üçün SWOT analiz keçirin: güclü və zəif tərəflərinizi, imkanlarınızı və kənar təhdidləri analiz edin.

5. Effektiv insanlarla işləmək

Özünüzün zəif tərəflərinizi öyrənməklə həmin tərəfləri qapaya bilərsiniz. Zəif tərəfləri qapamaq üçün isə düzgün işçi seçimi olduqca vacibdir. Düzgün işçi seçə bilmək qabiliyyəti iş adamı üçün çox mühümdür. Çünki komanda nə qədər yaxşı olarsa, biznes də bir o qədər uğurlu olar. Yaxşı işçilər istənilən firmanın güclü tərəfidir. Unikal korporativ mədəniyyət yaradın ki, peşəkarlar sizinlə işləməyə can atsın.

6. Sata bilmək qabiliyyəti

Satış çətin işdir. Əgər biznes yaratmaq niyyətindəsinizsə, ilk növbədə özünüzü satış sahəsində yoxlayın. Nə qədər uğurlu ola bilərsiniz bu sahədə? Bir çox hallarda iş adamları düşünürlər ki, satış sahəsində yaxşı mütəxəssislər işə götürməklə, firmanı inkişaf etdirmək olar. Amma bunun üçün firma rəhbəri ilk növbədə özü yaxşı satıcı olmalıdır. Satış qabiliyyəti olmadığına görə bir çox startap layihələri uğursuzluğa düçar olur.

Öz məhsulunuzu və ya xidmətinizi satmazdan öncə siz biznesinizin konsepsiyasın potensial investorlara satmağı bacarmalısınız.

7. Marketinqin əsaslarını anlamaq

Biznesi başlayanda siz bütün şöbələrin işini özünüz görməli olacaqsınız. Bu səbəbdən də marketinqin əsaslarını bilməli, rəqəmsal marketinq, SEO (axtarış mühərriklərində optimallaşma), reklam sahəsində anlayışlarınız olmalıdır. Bütün bu istiqamətləri əvvəlcədən öyrənin.

8. Uğursuzluğa hazır olmaq

Uğura gedən yol maneələrlə doludur. Yeni başlayan istənilən iş adamı qələbə və məğlubiyyət anında necə davranmağı bilməlidir. Uğursuzluq son deyil. Uğursuzluq olduqda orada ilişib qalmaq yerinə boş verib gələcəyə doğru irəliləmək lazımdır. Amma elə irəliləmək ki, qarşıda da eyni uğursuzluğu yaşamayasan. İstənilən uğurlu insan zirvəyə qalxana qədər çox eniş və yoxuşlardan keçib. Uğursuzluqlara düzgün reaksiya verməyi öyrənin.

9. Dünyanı düzəltmək istəyi

Uğurlu biznes üçün ən yaxşı motivasiya dünyanı yaşamaq üçün daha da yaxşı bir yerə çevirmək istəyidir. Burada da ekologiyanın mühafizəsi və ya Afrikada aclıq çəkənlərə yardım vacib deyil. Dünyanı daha yaxşı yerə çevirmək istəyi müxtəlif formalarda ola bilər: Misal üçün siz istehlakçılara elə bir məhsul təqdim edə bilərsiniz ki, həmin məhsul onların gündəlik işlərini bir qədər rahatlaşdırar.

0 0 votes
Məqaləni qiymətləndir
guest

0 Şərhlər
Inline Feedbacks
View all comments

Bənzər Məqalələr

X, Y və Z nəsilləri kimlərdir?

X, Y və Z nəsilləri kimlərdir?

Yəqin ki, iş günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı...

Yeni məhsulun yaradılması prosesi

Yeni məhsulun yaradılması prosesi

Məqalənin əvvəli bu linkdə Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf...

Reklam nədir? Bilməli olduğunuz hər şey

Reklamın tarixi və inkişafı

İstehlak iqtisadiyyatında reklam böyük əhəmiyyət daşıyır. Çünki o hansı məhsul və xidmətlərin olduğunu bildirməklə istehlakçıları vacib məlumatlarla təmin edir. Reklam...

Xəbər lenti