Supermarketlərdə satışı artırmaq üsulları

You are currently viewing Supermarketlərdə satışı artırmaq üsulları

Supermarketlərdə satışı artırmaq üçün bəzi incə məqamlara diqqət yetirmək lazımdır. Sadə istehsalçı bu məqamlara diqqət yetirməyə bilər. Lakin marketin satış və marketinq üzrə məsul şəxsləri bu üsulları bilmək məcburiyyətindədir. Bu üsullar istər ölkəmizdə, istərsə də dünyada istifadə olunur.

1. Qırmızı rəngin cazibəsi

Supermarketlər marketinq strategiyalarını qurarkən daha çox qırmızı rəngdən istifadə edirlər. Çünki qırmızı rəngin xəbərdaredici təsiri güclüdür. Qırmızı rəng aclıq, yemək istəyi, intim duyğuları və şəhvəti oyandırır. Qırmızı rəngli kisələr, paketlər insanların alış-veriş qərarlarına ciddi təsir göstərir. Qırmızı rəng ilə işlənmiş reklam banerləri müştərilərin hisslərinə təsir etmək üçün tərtib olunur.

2. Böyük alış-veriş səbətləri

Supermarketlərdə hər zaman böyük alış-veriş səbətlərindən istifadə olunmalıdır. Çünki səbət nə qədər böyük olarsa, müştəri bir o qədər çox alış-veriş edəcəkdir. Səbəti doldurmamaq müştərilərdə natamamlıq kompleksi formalaşdırır. Bu səbəbdən də insanlar həmin kompleksə qalib gəlmək üçün səbəti mümkün qədər çox doldururlar. Həmin səbətləri dolu görməyə meylli olurlar.

3. Meyvə-tərəvəz bölməsində təbiilik ab-havası

Supermarketlərin meyvə-tərəvəz bölməsinin kompozit materiallar deyil, məhz taxta ilə dizayn edilməsi çox önəmlidir. Xam taxtalarla işlənmiş piştaxtalar müştərilərin gözündə kənd ab-havası yaradır. Bu auraya girən insan kənddən birbaşa alış-veriş edirmiş kimi hiss edir özünü. Bu da satışın artmasına təsirsiz ötüşmür.

Bundan əlavə, məhsulların üzərinə tez-tez su püskürdülməsi də faydalıdır. Çünki meyvənin və ya tərəvəzin üzərində görünən və şehə bənzəyən su damlaları təzəlik və təravətlilik görüntüsü yaradır.

Bahalı və ucuz məhsulların çeşidlənməsi

Supermarketlərdə ucuz məhsullar adətən piştaxtaların aşağı rəflərində yer alır. Bahalı məhsullar isə insan gözü ilə eyni hündürlükdə yerləşdirilir. Göz təmasının daha yaxşı təmin olunması üçün belə edilir. Əgər bahalı məhsulların yerləşdiyi dəhliz dar olarsa, müştərilərin həmin məhsulu görmə və alma ehtimalı daha da artır.

Bunu da oxu:   Sizcə, mən dəliyəm?

Bundan əlavə ucuz olmayan məhsullar kampaniyalar səbətinə də qoyula bilər. Həmin səbətlər isə dəhlizin sonuna qoyulmalıdır ki, alıb-almamaqda tərəddüd edənlər son anda qərarlarını qətiləşdirsinlər.

Lüks və bahalı məhsullar marketin ən cazibədar bölməsindəki xüsusi piştaxtalara qoyulmalıdır. Bu piştaxtaların xüsusi işıqlandırmalar ilə daha da cazibədar edilməsi satışa təsirsiz ötüşmür. Gözəl dizayna sahib olan piştaxtalara qoyulmuş məhsullar müştəridə almaq istəyi oyandırır.

Ən və balıq məhsullar

Ət və balıq məhsulları olan bölmələrin dizaynında ağ rəngdən istifadə olunmalıdır. Bu bölmələrin piştaxtaları güzgülü olmalı, döşəmələri isə ağ rəng ilə işlənməlidir. Bu üsul məhsulları daha təzə, gigienik və cazibədar göstərir.

Xırdavat piştaxtaları

Xırdavat məhsulları kassaların yanında yerləşdirilə bilər. Bu üsul həm kassada növbəsini gözləyən müştərinin darıxmasının qarşısını alacaq, həm də satışı artıracaq.

Subscribe
Notify of
guest
0 Şərhlər
Inline Feedbacks
View all comments