SMM nədir?

SMM nədir?

SMM (Social Media Marketing) və ya sosial şəbəkələrdə marketinq — məhsulların və ya xidmətlərin sosial şəbəkələrdə önə çəkilməsi (promosyonu), reklam olunmasıdır.

Sosial Media marketinqi potensial müştərilərin sosial şəbəkələr, bloqlar və ya forumlardan xidmət göstərən və ya məhsul satan şirkətin saytına gətirilməsi üçün effektiv bir marketinq alətidir.

İnternet istifadəçilərinin diqqətiçi çəkmək və ya reklam ilə satın almaq mümkündür. Amma onların etibarlarını pul ilə almaq imkansızdır. Bu etibarı qazanmaq lazımdır. Sosial media hədəf kütlələr ilə birbaşa kommunikasiyanın qurulması üçün effektiv platformadır. Bu gün sosial şəbəkə auditoriyaları televiziya kalallarının auditoriyası ilə müqayisə olunur. Bəzi hallarda isə sosial şəbəkələr televiziyaları üstələyir. Lakin Sosial Şəbəkələrdəki insanlar TV tamaşaçıları ilə müqayisədə daha diqqətli və aktivdirlər.

SMM reklamdan son şəbəkə PR-ı kimi də qəbul oluna bilər. SMM birbaşa olaraq insanlarla birbaşa ünsiyyətə girməkdir.

Bu gün dünyada 2 milyarda yaxın, Azərbaycanda isə 3 milyona yaxın insan sosial şəbəkə istifadəçisidir və informasiya əldə etmək, iş əlaqələri qurmaq, dostları ilə ünsiyyət yaratmaq, faydalı bildiyi məlumatları paylaşmaq, oyun oynamaq, film, musiqi izləmək və s. kimi müxtəlif məqsədlərlə bir və ya bir neçə sosial media platformasından istifadə edir. Marketinq nöqteyi-nəzərindən baxsaq, 3 milyona yaxın auditoriya hazırda Azərbaycanda ən böyük auditoriyadır.

Sosial media marketinqinin ənənəvi marketinqdən bir sıra üstün cəhətləri də var. Ənənəvi marketinq fəaliyyəti zamanı siz hədəf auditoriyanızı təxmini seçə bilirsiniz, amma rəqəmsal alətlərlə bu auditoriyanı dəqiqliklə müəyyənləşdirə bilərsiniz.

Ənənəvi marketinqdə müştərilərin sizin mesajınıza necə reaksiya verdiyini öyrənməyiniz demək olar ki, mümkün deyil, amma rəqəmsalda bunu anbaan izləyə bilirsiniz, reaksiyaları, təklif və ya iradları analiz edə bilirsiniz ki, bu da analizlərin düzgün aparılmasına və gələcək strategiyaların düzgün qurulmasına yardımçı olur.

SMM-in əsas üstünlüklərindən biri də qiymətlərinin ucuz olmasıdır. Ənənəvi marketinqdə hər 1000 nəfərə məlumat çatdırmaq üçün 40 dollaradək vəsait xərcləyirsinizsə, sosial şəbəkədə 1000 nəfərə məlumat çatdırmaq 1 dollara, bəzən hətta 1 qəpiyə başa gəlir.

SMM-in yardımı ilə aşağıdakı məsələləri həll etmək mümkündür:
  • Brendinq, brendin promosyonu;
  • Məşhurluq və etimad qazanmaq;
  • PR;
  • Şirkətin saytındakı oxucu sayını artırmaq.

Günümüzdə sosial şəbəkədə iş bazarın liderləri ilə yanaşı, kiçik biznes üçün də önəmlidir.

Sosial mediada bir sıra ənənəvi marketinq alətlərindən də istifadə etmək mümkündür. Bloq yaradılması, reklamı, informativ məlumatların paylaşılması, diskussiyaların aparılması, müştərilərin suallarının cavablandırılması və s. alətlər bu gün sosial mediada uğurla istifadə olunur.

SMM ani effektə sahib deyil, lakin doğru istifadə olunarsa, uzunmüddətli perspektivdə yaxşı nəticələr əldə etmək olar.

0 0 votes
Məqaləni qiymətləndir
guest

0 Şərhlər
Inline Feedbacks
View all comments

Bənzər Məqalələr

X, Y və Z nəsilləri kimlərdir?

X, Y və Z nəsilləri kimlərdir?

Yəqin ki, iş günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı...

Yeni məhsulun yaradılması prosesi

Yeni məhsulun yaradılması prosesi

Məqalənin əvvəli bu linkdə Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf...

Reklam nədir? Bilməli olduğunuz hər şey

Reklamın tarixi və inkişafı

İstehlak iqtisadiyyatında reklam böyük əhəmiyyət daşıyır. Çünki o hansı məhsul və xidmətlərin olduğunu bildirməklə istehlakçıları vacib məlumatlarla təmin edir. Reklam...

Xəbər lenti