Facebook-u biznes üçün necə istifadə etmək olar?

Facebook-u biznes üçün necə istifadə etmək olar?

Potensial müştərilər artıq uzun zamandır ki, sizin biznesiniz kimi işlərlə maraqlanırlar. Düşünülmüş Facebook marketing strategiyası həmin müşhərilərlə əlaqə qurmağın ən yaxşı üsuludur.

2020-ci ildə uğur qazanmaq istəyən istəmnilən markanın uğur qazanması üçün Facebook sosial şəbəkəsindən peşəkar şəkildə istifadənin vacibliyini artıq heç kimə xüsusi inandırmağa ehtiyac yoxdur. Hər biriniz Facebook sosial şəbəkəsinin geniş auditoriyası olduğunu artıq yaxşı bilirsiniz. Hər ay dünya üzrə 2.4 milyard insan bu şəbəkədən aktiv şəkildə istifadə edir. Ölkəmizdə Facebook istifadəçilərinin sayı 3.6 milyon nəfərdir. Bu isə o deməkdir ki, sizin potensial müştərilərinizin böyük əksəriyyəti artıq Facebook-dadır. Doğru strategiya sayəsində siz müştərilərinizlə əlaqə qura və lazımi informasiyaları insanlara ötürməklə yanaşı onlarla əks əlaqə quraraq biznesinizdəki çatışmazlıqları da aradan qaldıra vilərsiniz. Çünki potensial müştərilər artıq sizi burada gözləyir.

Bu məqalədə Facebook-da brendinizi tanıtmaq və inkişaf etdirmək üçün ən uğurlu marketinq alətlərini təqdim edirik.

Facebook biznes platforması

Facebookda biznesinizi tanıtmaq üçün ilk növbədə səhifə yaratmağınız vacibdir. Yəqin ki, bu məqaləni oxuyana qədər artıq siz özünüz də Facebook sosial şəbəkəsində qeydiyyatdan keçmişiniz və orada reklam olunan səhifələri görmüşünüz. Şəxsi biznesinizi önə çəkmək üçün belə səhifələrdən biri də sizə lazımdır.

Facebook-da biznes səhifəsi yaratmağın iki üsulu var. Birincisi sıfırdan səhifə yaradılması, ikincisi isə özünüzün şəxsi profilinizin səhifəyə çevrilməsi.

Facebook-da səhifə yaratmağın ilk üsulunu həyata keçirmək üçün https://www.facebook.com/pages/create linkinə daxil olmaq lazımdır. Bu linkə daxil olduqdan sonra Facebook sizə yeni səhifə yaratmaq üçün opsiyaları təqdim edir. Burada səhifənin adı, kateqoriyası və təfərrüat bplmələrini doldurmaqla səhifənin yaradılmasına başlaya bilərsiniz.

Facebook-da səhifə yaratmağın ikinci üsulu isə sizin artıq mövcud olan profilinizin səhifəyə miqrasiya edilməsidir. Bunun üçün https://www.facebook.com/pages/create/ migrate linkinə daxil olaraq “Başla” (get started) düyməsini sıxmaq kifayətdir. Bundan sonra ardıcıllıqla tələb olunan informasiyaları daxil edərək səhifənin yaradılması prosesini davam etdirə bilərsiniz. Bu üsul daha çox şirkətlər üçün deyil, ictimai xadimlər və tanınmış şəxslər üçün keçərlidir. Şirkət səhifəsi yaratmaq üçün isə birinci üsulu istifadə etmək tövsiyyə olunur. İkinci üsulda səhifə yaradılmasının üstünlüyü isə artıq kifayət qədər bəyənmə və izləyici sayının olmasıdır. Facebook profilinizdə sizin dostluğunuzda olan hər kəs avtomatik olaraq sizin səhifənizi bəyənən şəxslər siyahısına keçir.

Bundan sonra səhifənin “başlıq” (cover) və istifadəçi şəklini yeniləmək tələb olunur. Başlıq şəkli üçün optimal ölçü 820×312 pikseldir. İstifadəçi şəkli üçün tövsiyyə olunan ölçülər isə 500×500 pikseldir.

Səhifə yaradılması başa çatdıqdan sonra sistem sizdən bəzi məlumatları da daxil etməyi tövsiyyə edəcək. Şirkətinizin İnternet saytı, elektron poçt ünvanı, fiziki ünvan və s. tələb olunan məlumatlar sırasında olacaqdır.

Facebook postlarının növləri

Facebook sizin məlumatlarınızı lazimi hədəf kütləyə çatdırmaq üçün bir neçə rəqəmsal həll variantları təklif edir. Buraya mətn, foto, video, hekayə və canlı video kimi nümunələri daxil etmək olar.

Mətn paylaşımı

Bu Facebook-un ilkin paylaşım üsullarından biridir. Bu yalnız mətn yazılaraq paylaşılan postlardır.

Mətn postları sizin İnternet saytınıza və ya məhsulunuzun zəhifəsinə keçid etmək üçün kifayət etmir, lakin səhifənin aktivliyinin artırılmasına kifayət qədər təsir göstərir. Facebook-un fenomen istifadəçilərindən biri olan futbolçu Kriştiano Ronaldonun səhifəsində mətn paylaşımlarından aktiv şəkildə istifadə olunur.

https://www.facebook.com/Cristiano/posts/10158876309002164

Bu sadə paylaşım Ronaldonun 551 min reaksiya, 20 min şərh və 1.2 min paylaşıma səbəb olub.

Foto paylaşımı

Mətn paylaşımı kimi foto paylaşımı da məlumatlandırma və aktivliyi artırma üçün dizayn edilib. Facebook-un alqoritminə əsasən, foto postları mətn postlarından daha çox istifadəçi cəlb edə bilir.
Bununla belə foto paylaşımı sizin məhsullarınızın nümayiş edilməsi üçün mükəmməl üsuldur.

Bütün bizneslərin fiziki məhsulları yoxdur. Bəzən şirkətlər virtual məhsullar satışı ilə də məşğul olur. Bu zaman foto bazalarında mövcud olan keyfiyyətli fotolardan istifadə etmək olar. Ödənişsiz foto bazalar (unsplash.com, gratisography.com və s.) bu işdə sizə yardımçı ola bilər.

Nəzərə alın ki, foto paylaşımları mütləq hansısa obyektin fotosundan ibarət olmalı deyil. Siz burada qrafik dizayn məhsullarından da istifadə edə bilərsiniz. Qrafik dizayn məhsullarının üzərində yazıların çox olması həmin paylaşımın daha çox insana çatmasının qarşısında maneə ola bilər. Çünki Facenook alqoritmi yazısız şəkilləri sevir.

Azercell şirkətinin Facebook səhifəsinin paylaşımlarını buna uğurlu nümunə olaraq göstərmək mümkündür.

Video paylaşımı

Əgər sizin məhsulunuzun cəlbedici xarici görünüşü varsa, onun qısa videosu kifayət qədər güclü effektə malik ola bilər.

Facebook lentasında videolar avtomatik olaraq görüntüləndiyinə görə hətta bir neçə saniyəlik videolar belə güclü effektə sahib olur və potensial müştərilərin diqqətini cəlb edə bilir.

Məşhur futbolçu Kriştiano Ronaldonun facebook səhifəsində bu cür uğurlu videolara rast gəlmək mümkündür.

Link paylaşım

İnternet səhifənizdən hər hansı bir linkin Facebook sosial şəbəkəsində paylaşılması effektiv üsullardan biri sayılır. Bununla belə nəzərə almaq lazımdır ki, Facebook sosial şəbəkəsi özlüyündə bir saytdır və başqa hər hansı bir sayt onun potensial rəqibidir. Bu səbəbdən də Facebook-un alqoritmini quranlar linklərin daha az istifadəçiyə göstərilməsinə çalışıbllar. Bu səbəbdən də link paylaşımları ya daha az istifadəçinin qarşısına çıxır, ya da ki, ödənişli reklamlar vasitəsi ilə önə çəkilir.

Link paylaşımı Facebook-da ən sadə post hazırlamaq üsulu olsa da, onun effektivliyinin aşağı olmasını nəzərə almaq lazımdır. Əgər biznesiniz mütləq linklərin də paylaşımını vacib edirsə, bu zaman linklərin daha çox adama görünməsi üçün iki üsul mövcuddur:

  1. Link paylaşdıqdan sonra ödənişli reklam kampaniyasına start verirsiniz;
  2. Cəlbedici şəkil paylaşımı edirsiniz, məhsulun linkini isə şərh bölməsində yerləşdirirsiniz. Bu zaman linkin şərh bölməsində olması barədə də məlumat şəklin mətnində qeyd olunmalıdır.

Canlı video paylaşımı

Canlı videolar son dövlər Facebook sosial şəbəkəsinin ən populyar postlarından sayılır. Çünki Facebook-un alqoritmi də canlı videoların daha önə çəkilməsi üçün qurulub. Bununla belə, canlı yayımlar üçün də bilməli olduğunuz məqamlar var:

  1. Paylaşımın vaxtı. Canlı video paylaşımları üçün sutkanın uğurlu və uğursuz saatları mövcuddur. Canlı yayımlar üçün ən uğurlu saatlar 21.00 və 00.00 arasıdır. Bu saatlarda açılan canlı yayımların daha çox baxılma ehtimalı var. Canlı yayımlar üçün ən uğursuz vaxt isə səhər saatlarıdır. Bu zaman sizin videonuzun baxılma sayı da aşağı ola bilər.
  2. Mövzu. Canlı yayımlar zamanı quru reklam mövzuları effektiv olmaya bilər. Bunun əvəzində məhsulunuzla bağlı potensial müştəriləri maraqlandıra biləcək mövzularda söhbətlər yayıma daha çox adamın qoşulmasına yol aça bilər.

Hekayə (Story) paylaşımı

Hekayə paylaşımlarını ilk dəfə tətbiq edən sosial şəbəkə SnapChat olsa da, son dövrlər demək olar ki, bütün sosial şəbəkələr bu üsuldan aktiv şəkildə istifadə edir. Hekayə və ya termin dilində “Story” paylaşımı məhsulunuzu istifadəçilərin ön səhifələrində göstərə bilir. 15 saniyəlik qısa video formatında olan hekayələrə şəkillər və ya mətnlər də yükləyə bilərsiniz.

Yuxarıda qeyd olunan paylaşımların qrafik çərçivəsində həyata keçirilməsi tövsiyyə edilir. Gündə bir neçə paylaşım etməkdənsə, daha çox maraqlı və sabit qrafik üzrə paylaşımların edilməsi aktivliyə müsbət təsir göstərəcək və məhsulunuzun daha çox adam tərəfindən görülməsinə şərait yaradacaq. Facebook-da orqanik əhatəni genişləndirmək üsulları ilə bu linkdə tanış ola bilərsiniz.

Facebook-da uğurlu reklam strategiyasının qurulması barədə növbəti məqaləmizdə tanış ola bilərsiniz. Saytımızı izləməkdə davam edin.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir