Facebook sosial şəbəkəsinin yeni alqoritmi: orqanik əhatəni genişləndirmək üsulları

You are currently viewing Facebook sosial şəbəkəsinin yeni alqoritmi: orqanik əhatəni genişləndirmək üsulları

Facebook sosial şəbəkəsinin xəbər lentinin alqoritmi dəyişilib. Bu isə sosial şəbəkələrdə orqanik mövcudluğunu saxlamaq istəyən brendlər üçün yaxşı xəbər deyildi. Çoxları düşünür ki, sosial şəbəkədəki alqoritmin dəyişməsi şirkətlərin fəaliyyətinə mənfi təsir edəcək. Əksinə! Bu dəyişikliklər şirkətləri artıq vaxt itkisi və qeyri-peşəkarlıqdan xilas edəcək.

Facebook-un rəhbəri Mark Zükkerberq deyib ki, Facebook lentası elə formalaşacaq ki, istifadəçilər daha çox dostlarının paylaşımlarını görə bilsinlər. Tədqiqatlar göstərir ki, sosial şəbəkələr insanlar arasında ünsiyyətin mövcud olduğu halda effektiv olur. Zükerberq isə istifadəçilərin imkanlarını genişləndirmək üçün belə bir addım atdıqlarını qeyd ediblər.

Beləliklə, xəbər lentinin baş hissələrində daha çox dostların paylaşımları görünəcək. Yeni alqoritmə görə, mövzulara daha çox reaksiya verən, müzakirələrə qoşulan aktiv istifadəçilərə üstünlük verilir.

Bununla əlaqədar olaraq biznes strukturlarının Facebook səhiifələrinin orqanik əhatəsi azalır. Bundan əlavə, (bu uşağın yaşaması üçün layk edi, paylaşın kimi) diqqət cəlb etmək üçün istifadə olunan metodlar əngəllənir.

Alqoritmdə olan dəyişikliklərə olan reaksiyalar özünü çox gözlətmədi. Bir çoxları düşündü ki, Facebook-dakı fəaliyyətə artıq son vermək lazımdır…

Alqoritmlərin dəyişməsi sosial şəbəkədə məhsulların irəli sürülməsinə necə təsir göstərir?

Yeni alqoritm dəni qabığından ayırır

Bu hadisə heç kim üçün sürpriz olmamalıdır. Bir çox mütəxəssisər çoxdan belə bir hadisənin baş verəcəyini proqnozlaşdırırdılar. Facebook publik şirkətdir və aksionerlərinin gəlirlərini çoxaltmaq məcburəyyətindədir. Bu səbəbdən də daha çox reklam satmağın mümkün olduğu bir vaxtda, nəyə görə öz resurslarını şirkətlərə pulsuz hədiyyə etsin ki? Bundan başqa, bir çox şirkətlərin paylaşımları istifadəçilər üçün elə də diqqət çəkici deyil. Facebook öz istifadəçilərini daha çox saytda saxlamaq və xəbər lentini maraqlı edə bilmək üçün bu addımları atır. Yeni alqoritm elə ona görə qurulub ki, istifadəçilər vasitəçi paylaşımlar üçün vaxtlarını itirməsinlər.

Bunu da oxu:   SMM nədir?

Panikaya düşmək lazım deyil

Yeni alqortim işə düşdükdən sonra çox güman ki, şirkətlərin Facebook-da uğur qazanması daha da bahalı və çətin olacaq. Amma bu o demək deyil ki, bu platformadan imtina etmək lazımdır. Sadəcə problemə bir qədər diqqətlə yanaşmaq lazımdır.

Bu məqalədə Facebook-un yeni alqoritmində daha çox orqanik əhatə əldə edə bilmək üçün üsulları izah edəcəyik. Bunun üçün isə daha çox reklam almaq lazım deyil.

1. İnsanları cavab verməyə sövq edən kontent paylaşın

Facebook-un yaydığı press-relizdə də göstərilir ki, yeni alqoritm “insanları müzakirəyə sövq edir”. Bu isə o deməkdir ki, yeni alqoritm insanların reaksiyasına diqqət yetirir. Bu layk və paylaşımlar deyil, məhz müzakirələrdir. Post insanları fikir bildirməyə, müzakirəyə qoşulmağa sövq etməlidir.

Birmənalı olmayan və qəliz mövzular barədə paylaşımlar edin. Bu paylaşımları daha çox adam görəcək.

2. İstifadəçilərin kontentinə diqqətlə yanaşın

Yeni alqoritmdə insanların postları brendlərin postlarından daha çox əhəmiyyət kəsb edəcək. Bu səbəbdən də, nə qədər çox insan öz profilində brendin məlumatını paylaşsa, orqanik əhatə bir o qədər çox olacaq. Məhz buna çalışmaq lazımdır ki, daha çox istifadəçi öz profillərində sizin məlumatılarınızı səhifənizə istifadad edərək paylaşsın. Bunun həll üsulu isə influenser marketinq metodlarına əl atmaqdır.

3. Əməkdaşlarınızın kontentini unutmayın

Şirkətinizdə çalışan əməkdaşların çoxunun Facebook-da hesabı var. Onlar da öz profillərində şirkətin məhsulu haqqında paylaşımlar edə bilərər. Şirkət əməkdaşları tərəfindən brendin kontentini öz şəxsi profillərində paylaşmağa sövq edin. Bunun üçün bir şirkətlər “Employee Advocacy” proqramından istifadə edirlər. Siz də yoxlaya bilərsiniz.

4. İnformativ və faydalı məlumatlar paylaşın

Facebook yeni alqoritmində virus videoların təsirini azaltmağa çalışır. Bununla yanaşı müzakirələr yol açan videolara üstünlük veriləcək. Suallara cavab verilən, təlimatlar olan və digər bilgi təqdim edən video çarxlar çəkin.

Bunu da oxu:   Sosial Media Marketinqi (SMM) dərsləri | Birinci dərs | Facebook səhifəsinin yaradılması

Yeni alqoritmin tətbiqi ilə sosial şəbəkələrdə dəstək strategiyası da effektiv olacaq. Yəni müştərilərin sorğularına nə qədər tez və effektiv cavab verilərsə, orqanik əhatə də genişlənəcək.

5. Canlı video paylaşımları edin

Facebook bundan sonra köhnə videolardansa, canlı videoların daha çox insana görünməsi üçün şərait yaradacaq. Çünki canlı videolar adətən daha çox aktual olur və müzakirələrə yol açır. Canlı videolar digər videolarla müqayisədə daha çox effektiv olur. Əgər siz hələ də canlı yayımlar etmirsinizsə, başlamağın vaxtıdır.

6. Şou yaradın

Əvvəlcədən elan versəniz, izləyiciləriniz paylaşımlarınızı daha çox müzakirə edəcək. Televiziya şirkətlərinin strategiyasını istifadə edin. Mümkün olduqca bir və ya bir neçə Facebook şousu yaradın. Həmin şou hər həftənin eyni günü və eyni saatında canlı yayıma çıxsın.

7. Müştərilərinizi qruplar vasitəsi ilə cəlb edin

Hazırda Facebook-da ən effektiv əhatə metodu qruplardır. Qrup paylaşımları xəbər lentində daha üst mövqelərə çıxır. Bundan əlavə qruplarda olan paylaşımlarla əlaqədar istifadəçilərə bildirişlər gedir.

Əgər sizin şirkətin hələ də daimi və ya müvəqqəti müştərilərdən, əməkdaşlardan ibarət qrupu yoxdursa, yaratmaq barədə düşünün.

8. Ünsiyyət üçün botlar yaradın

Facebook Mesenger platformasında keyfiyyətli bot yaradın. Bu botlar efirə çıxacaq canlı yayımlar və ya aktual paylaşımlar barədə istifadəçilərə məlumat versin. Botların effekti email və ya xəbər lentindəki paylaşımdan qat-qat çoxdur. (Mənbə: RUSABİLİTY)

Subscribe
Notify of
guest
0 Şərhlər
Inline Feedbacks
View all comments