Copywriting (Kopiraytinq) nədir?

Copywriting (Kopiraytinq) nədir?

Kopiraytinq (copywriting ingiliscə Copy – əl yazısı, mətn materialı + write –yazmaq sözlərindən götürülüb) – reklam və təqdimat mətnlərinin yazılması üzrə peşəkar məşğuliyyət növü hesab olunur. Hər hansı bir məhsulu, kompaniyanı, xidməti, ideyanı və ya insanın özünü bir başa və ya dolayısı yollar reklam edən və ya məşhurlaşdıran bütün növ mətnləri kopiraytinq məhsulu hesab etmək olar.

Kopiraytinq ilə məşğul olan mütəxəssisləri isə kopirayter adlandırırlar.

İngilis dilində “Kopiraytinq” sözü neologizmdir və əvvəlki lüğətlərdə təqdim olunmur. «Kopirayter» (copywriter) “reklam və təbliğat mətnlərinin yazan şəxs” (a writer of advertising or publicity copy). kimi şərh olunur.

Azərbaycan internet məkanında isə kopiraytinq deyiləndə SEO (saytın axtarış optimizasiyası) məqsədi ilə və ümumiyyətlə ixtisaslaşmış mövzuda, müəyyən bir tematikada mətnlərin yazılması başa düşülür. Mətnlər reklam xarakterli olmaya da bilər.

Kopiraytinq (copywriting) terminini çalışın ki, ingilis dilində olan copyright ilə dəyişik salmayasınız, çünki tamamı ilə fərqli məna verir, müəllif hüquqlarını qorumağı nəzərdə tutur.

Birbaşa kopiraytinq

Birbaşa reklamda tələb olunur, yəni mətn sizi dərhal lazımı hərəkətə keçməyə çağırır: Zəng edin, sifariş edin, klik edin və s. Belə mətnlər alıcını ləngimədən dərhal hər hansı bir məhsulu almağa və ya xidmətdən istifadəyə sövq edir.

Reklam agentliyində kopirayter art-direktor ilə birgə çalışır. Bu tip simbioz kreativ cütlük də adlanır.

Birbaşa marketinqdə kopiraytinqin pionerlərindən biri kimi Con Keyplz (1900 -1990) qeyd etmək olar. Onun “Sınanmış reklam metodları” («Tested Advertising Methods») kitabı ilk dəfə ABŞ-da 1932-ci ildə işıq üzü görüb. Öz aktuallığını itirməyən kitab bir neçə dəfə yenidən nəşr olunub.

Birbaşa marketinq sahəsində digər görkəmli mütəxəssis Cozef Şuqerman, 20-ci əsrin sonlarında Amerikanın ən effektiv və məhsuldar kopirayterlərindən hesab olunur. Onun «The Adweek Copywriting Handbook: The Ultimate Guide to Writing Powerful Advertising and Marketing Copy from One of America’s Top Copywriters» kimi kitabları olduqca məşhurdur.

İmic Kopiraytinqi

Brendinq elementi olaraq birbaşa satışa xidmət etmir, ticarət markasının obrazının insanların yaddaşında daha yaxşı həkk olunmasına xidmət edir, ya da sadəcə məhsul, kampaniya, xidmət, ideya və ya insan üçün lazımi imici yaradır.

Sifarişli mətnlərin yazılması

Bəzən kopiraytinq dedikdə veb-saytlar üçün istənilən mətnlərin yazılması və hətta istənilən sifarişli mətnlər başa düşülür. Getdikcə termin daha çox bu xidməti göstərənləri əks etdirir. (mənbə: banco.az)

0 0 votes
Məqaləni qiymətləndir
guest

2 Şərhlər
oldest
newest most voted
Inline Feedbacks
View all comments

Bənzər Məqalələr

X, Y və Z nəsilləri kimlərdir?

X, Y və Z nəsilləri kimlərdir?

Yəqin ki, iş günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı...

Yeni məhsulun yaradılması prosesi

Yeni məhsulun yaradılması prosesi

Məqalənin əvvəli bu linkdə Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf...

Reklam nədir? Bilməli olduğunuz hər şey

Reklamın tarixi və inkişafı

İstehlak iqtisadiyyatında reklam böyük əhəmiyyət daşıyır. Çünki o hansı məhsul və xidmətlərin olduğunu bildirməklə istehlakçıları vacib məlumatlarla təmin edir. Reklam...

Xəbər lenti