Keçiriləcək tədbirə cəmiyyətin diqqətini cəlb asan iş deyil. Böyük şəhərlərdə hər gün yüzlərlə tədbirlər baş tutur və bpyük informasiya axınında tədbirin gözdən itməsi normal prsesdi. Amma tədbirin önə çəkilməsi və effektivliyin artırılması üçün bəzi PR alətlərindən doğru istifadə yardımçı ola bilər.
Həmin PR alətlərindən bəzilərini diqqətə çatdırırıq.
1. Diqqət çəkən press-reliz yazın
Hər kəsin sizin tədbir haqqında danışmasını istəyirsinizsə, ilk növbədə jurnalistləri maraqlandırmağı bacarmalısınız. Jurnalistlər təşkilatla cəmiyyət arasında əlaqələndirici rolunu oynayan çox mühüm peşə sahibləridir. Jurnalist eyni zamanda hər gün xəbər istehsalı ilə məşğul olan və hər gün yeni xəbər axtarışında olan insandır. Siz jurnalistləri maraqlandıra biləcək məlumatları hazırlaya bilsəniz, tədbirinizi də təşviq etmək rahat olacaq.
Jurnalistin marağını çəkmək üçün jurnalist kimi düşünmək vacibdir. Bunun üçün isə ilk növbədə jurnalistikada istifadə olunan xəbər termininin mahiyyətini dərk etməli, ölkədəki mövcud gündəmi bilməli və prosesləri dəyərləndirməyi bacamalısınız. Əksər hallarda jurnalistika təcrübəsi olmayan piarçılar üçün bu çox çətin, hətta mümkünsüz olur.
Prosesləri dəyələndirdikdən və jurnalistin diqqətini cəlb edə biləcək mövzunu tapdıqdan sonra aşağıdakı suallara cavab verən qısa press-reliz hazırlamalısınız:
- Sizin tədbiriniz jurnalisti hansı cəhəti ilə maraqlandırmalıdır?
- Bu press-reliz nə üçün oxucu üçün maraqlı olmalıdır?
- Bu tədbir yazı üslubuna necə təsir etməlidir?
Göndərdiyiniz press-relizin informasiya məkanında itməməsi və ya jurnalistin elektron poçtundakı zibil qutusuna getməsi üçün kopiraytinqin ƏYRİ PİRAMİDA prinsipinə əməl edərək məlumatı yazın. Mətndə ən maraqlı, jurnalistin və oxucunun diqqətini cəlb edəcək məlumatı ilk cümlədə yerləşdirin.
Yazınıza dəqiq və maraqlı başlıq qoymağı da unutmayın.
2. Tədbirin vacib detallarını sadalayın
Sizin hədəf kütlənizə daxil olan və maraqlanan digər şəxslər sizin tədbirinizə gəlsin deyə bütün vacibməlumatları dərhal təqdim edin:
- Tədbirin adı,
- Tarix,
- Vaxt,
- Məkan
- Tədbir ödənişlidirsə, qiyməti,
- Biletin haradan almaq və bronlaşdırmaq mümkündür
- Tədbirdəki əsas hadislər.
Bunu da oxu: Kopiraytinqin əsas prinsipi: “ƏYRİ PİRAMİDA”
Belə olan halda potensial ziyarətçilər məlumat toplamaq üçün çox vaxt sərf etməzlər və bileti dərhal ala bilərlər. Əks təqdirdə sizin məlumatınızın xəbər lentində itməsi və gözlənilən nəticə verməməsi təhlükəsi var.
3. PR planı tətib edin
Heç nəyi sonraya saxlamayın. Bu sizin tədbirinizi tamamilə uğursuzluğa düçar edə bilər. Həyata keçirəcəyiniz bütün fəaliyyətinizi onların reallaşma müddətini qeyd edin.
4. Cəlbedici PR aktivləri yaradın
Keyfiyyətli, parlaq və keyfiyyətli şəkillər daim diqqət cəlb edir. Bu səbəbdən də siz mediada tədbirinizin vizual tərtibatını da təqdim edə bilərsiniz.
PR fəaliyyət üçün keyfiyyətli PR kontent yaratmaq üçün:
- Spikerlərdən keyfiyyətli fotolarını təqdim etməsini xahiş edin,
- Öncəki tədbirlərdə çəkilmiş keyfiyyətli fotolardan istifadə edin,
- Tədbiri çəkmək üçün peşəkar fotoqrafın xidmətlərindən istifadə edin. (Keyfiyyətli foto sonrakı tədbirə hazırlaşmaq üçün də faydalı ola bilər),
- Qeyri-adi və diqqət çəkən infoqrafika hazırlayın,
- Tədbirdən sonra foto materialları və video hesabatlaı daxili və xarici resurslarda istifadə etməyi unutmayın.
5. Tədbir üçün orjinal loqotip və heşteq hazırlayın
Tədbir üçün orjinal loqotip və heşteq hazırlayın və onları sosial şəbəkələdə və KİV-də fəal istifadə edin. Tədbirin baş verəcəyi məkanda fotoların çəkilməsi üçün brendvoll (Brand Wall) və ya fotozona quraşdırın. Bu cür yanaşma sizin auitoryanızın diqqətini çəkməklə yanaşı, informasiya əhatəsini dəfələrlə artırı.
6. Mətbuatı dəvət edin
PR fəaliyyəti tədbir başladıqdan sonra da dayandırmayın. Mətbuatın dəstəyindən istifadə edin. Onların tədbirə pulsuz girişinə şərait yaradın.
7. Əks-əlaqə barədə də unutmayın
“Fotolar nə vaxt olacaq?” – kimi suallar sizə tanışdır? Hər kəs hər zaman fotohesabatı tez bir zamanda əld etmək istəyir. Tədbirin ziyarətçilərini çox gözlətməyin. Onları İnternetdə çox axtarış etməyə vadar etməyin. Tədbidə çəkilmiş bütün fotoları sosial şəbəkədəki səhifənizdə və ya saytınızda paylaşmaqla linki tədbirin qonaqlarına göndərin. Bu taktika həm sizin sosial şəbəkədəki aktivliyinizi aktivliyinizi artıracaq, həm də saytınıza daxil olan trafiki çoxaldacaq.