SMM xidmətləri

Bu gün biz dijitallaşan (rəqəmsallaşan) dünyada yaşayırıq deyə, bir çox digər fəaliyyət sahələri kimi marketinq fəaliyyətinin də dijital istiqaməti sürətlə inkişaf edir və proirotetə çevrilir. Dijital marketinq – marketinq fəaliyyətinin rəqəmsal alətlərin, rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirilməsidir. Bura həm sosial şəbəkələri, veb-saytları, e-mail xidmətlərini, həm də mobil telefonları, smart televizorları, elektron bilbordları və s. aid etmək olar.

Dijital marketinqdən danışanda ilk ağla gələn sosial media olur. İstənilən marketinq, PR işi həyata keçirəndə (ənənəvi və ya rəqəmsal) siz o fəaliyyəti sosial mediaya daşımalısınız, yəni o fəaliyyətiniz sosial mediada öz əksini tapmalıdır. Ona görə də hazırda sosial media marketinqini (SMM) düzgün qurmaq, demək olar ki, ilk addımlardan biri olmalıdır.

Biz şirkətlərin düzgün digital marketinq strategiyasının qurulması və yürüdülməsi işində aşağıdakı xidmətləri göstəririk:
  • Facebook sosial şəbəkəsində reklam;
  • İnstagram sosial şəbəkəsində reklam;
  • Google Reklamları;
  • Axtarış sistemlərində optimallaşdırma;