Korporativ Sosial Məsuliyyət (CSR) nədir?

Korporativ Sosial Məsuliyyət (CSR) nədir?

Korporativ Sosial Məsuliyyət (KSM) şirkətlərin cəmiyyətə təsirinə görə daşıdıqları məsuliyyətdir.

Bu məsuliyyət korporativ idarəetmə, insan haqları, əmək münasibətləri, şəffaflıq, ekologiya, istehlakçı hüquqlarının qorunması və yerli icmaların dəstəklənməsi kimi səciyyələndirilir.

İstənilən şirkətin dövlət və cəmiyyət qarşısında müəyyən öhdəlikləri vardır. Vergilərin vaxtında və tam həcmdə ödənilməsi, işçilərə dövlətin müəyyən etdiyi minimum əmək haqqından az olmamaq şərti ilə ödəniş edilməsi və s. Şirkətin hüquqi məsuliyyətidir. Bu məsuliyyətdən qaçmaq mümkün deyil. KSM isə tamamilə könüllülük prinsipinə əsaslanan fəaliyyət növüdür.

KSM könüllülük prinsipinə əsaslandığı üçün, bununla bağlı müxtəlif mövqelər mövcuddur. Klassik yanaşmaya görə, biznesin yeganə məsuliyyəti gəlirləri artırmaqdır. İnsanların sosial vəziyyəti ilə bağlı isə yalnız dövlət düşünməlidir.

İkinci yanaşmada isə deyilir ki, biznesin əsas işi tək gəlirləri artırmaqdan ibarət deyil. İstənilən biznes, eyni zamanda sosial məsuliyyət də daşıyır. İctimai problemlərin həllində özəl biznes də fəaliyyət göstərməlidir. Bu yanaşmaya görə, KSM fəaliyyəti qısa müddətli perspektivdə mənfəəti azaldır. Amma uzunmüddətli perspektivdə əlverişli sosial mühit yaratmaqla davamlı mənfəət qazandırır. Başqa sözlə desək, sosial problemlərin həlli insanların rifahını yaxşılaşdırır və rifahı yüksəl olan vətəndaşın biznesə fayda vermək qabiliyyəti daha yüksəkdir.

Sosial məsuliyyətə önəm verən şirkət cəmiyyətdə yüksək nüfuza sahib olur. İnsanlar o şirkətə etibar edirlər. Cəmiyyətdə etimad qazanmış şirkətin məhsulları və xidmətləri asanlıqla satılır.

Yəni sosial problemlərin həlli istiqamətində fəaliyyət göstərən şirkət həm müştərilərin alıcılıq qabiliyyətini yüksəldir, həm də yüksək imicə sahib olmaqla satışlarını artırır.
Könüllülük KSM-in əsas xarakterik cəhəti olsa da, son dövrlər bu məqam xeyli dəyişib. Artıq bir sıra dövlətlər şirkətlərin KSM ilə bağlı qanunla qəbul edirlər. Ola bilər ki, gələcəkdə ölkəmizdə şirkətlər KSM ilə bağlı hesabatlı olmaq məcburiyyətində qalacaqlar.

Xeyriyyəçilik yoxsa KSM?

Cəmiyyətdə çox hallarda KSM və xeyriyyəçilik qarışıq salınır. Halbuki bunlar tamamilə ayrı anlayışlardır. KSM məqsədyönlü strateji xətdir. Şirkətlərin bütün fəaliyyətini əhatə edir. Şirkətin KSM fəaliyyəti, büdcəsi və strategiyası əvvəlcədən müəyyən edilir və il ərzində həyata keçirilir. Xeyriyyəçilik isə ildə bir və ya bir neçə dəfə baş verir. KSM fəaliyyətinə şirkətin bütün əməkdaşları cəlb edilir. Xeyriyyəçilik isə adətən şirkət rəhbərliyinin fəaliyyəti ilə məhdudlaşır.

KSM fəaliyyəti nələrə yol açır?

1. Cəmiyyətin humanistləşməsinə yol açır və bununla da biznes üçün əlverişli mühit yaradır.
2. Müəssisənin müsbət imicinin qurulmasına və saxlanılmasına kömək edir
3. Dövlət və bələdiyyə hakimiyyəti orqanları kimi bazarın nüfuzlu iştirakçıları ilə münasibətlərin qaydaya salınmasına kömək edir.
4. Çalışqan kollektiv yaradır, kadrların qərarsızlığını minimuma endirir. İstedadlı işçilərin cəlb edilməsinə imkan yaradır.
5. Son nəticə üçün müəssisənin inkişafına kömək edir.
Yuxarıda qeyd olunanlardan da görünür ki, KSM şirkətlərin imicinin yüksəlməsinə xidmət edir. Müasir dövrümüzdə isə imic daha əhəmiyyətli qeyri-maddi aktivdir. Bundan öncəki yazılarımızda yüksək imicin şirkətlərə qazandırdığı üstünlüklər haqqında bəhs etmişdik.

KSM-in reallaşdırma formaları:

KSM-in dünyada qəbul olunan mənası cəmiyyətin hər sahəsinin davamlı inkişaf etdirilməsi üçün biznes qurumlarının verdikləri töhfələrdir. Şirkətlər adətən KSM çərçivəsində qanunvericiliklə nəzərdə tutulan öhdəliklərdən də kənara çıxaraq üzərlərinə könüllü öhdəliklər götürürlər. Tək iqtisadiyyatın deyil, həm də cəmiyyətin hərtərəfli və davamlı inkişafı üçün aşağıdakı sahələrdə işlər görürlər:

– Təhsil,
– Mədəniyyət,
– İdman,
– Sağlamlıq,
– Ekologiya

Cəmiyyətin qeyd olunan inkişafına dəstək isə intellektual, maliyyə, qeyri-pul şəklində ianə, əməkdaşlıq dəstəyi, könüllülük və digər (qanvermə və s.) şəkillərdə həyata keçirilə bilər.

Biznes istənilən cəmiyyətin rifah halının yaxşılaşdırıması üçün mühüm əhəmiyyətə malik olduğu üçün korporativ sosial məsuliyyət idarəetmə sisteminin mərkəzində dayanan anlayışdır.

5 3 votes
Məqaləni qiymətləndir
guest

1 Şərh
oldest
newest most voted
Inline Feedbacks
View all comments
Fatma

Maraqlı tərtib olunub.

Bənzər Məqalələr

X, Y və Z nəsilləri kimlərdir?

X, Y və Z nəsilləri kimlərdir?

Yəqin ki, iş günlük və iş həyatınızda X (iks) nəsli, Y nəsli, Z (zet) nəsli ifadələrini eşitmisiniz. Bu ifadələrin hansı...

Yeni məhsulun yaradılması prosesi

Yeni məhsulun yaradılması prosesi

Məqalənin əvvəli bu linkdə Şirkət yeni məhsulları riskə atmaq əvəzinə, yeni məhsulları diqqətlə planlaşdırmalı və yeni məhsulların tapılması və inkişaf...

Reklam nədir? Bilməli olduğunuz hər şey

Reklamın tarixi və inkişafı

İstehlak iqtisadiyyatında reklam böyük əhəmiyyət daşıyır. Çünki o hansı məhsul və xidmətlərin olduğunu bildirməklə istehlakçıları vacib məlumatlarla təmin edir. Reklam...

Xəbər lenti